Tək Naxçıvanda yox, bütün ölkədə yas israfçılığına QADAĞA QOYULMALIDIR – TƏKLİF




      Bölmə: Sosial Tarix: 13.09.2023 / 12:06

Xəbər verildiyi kimi Şərur rayonunun Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsinə qadağa qoyulub. Bu qərar kənd ağsaqqallarının ümumi razılığı ilə verilib. Mahmudkənd camaatının bu nəcib təşəbbüsü ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb və təqdir edilib.
Bəs, yas mərasimlərində ehsan verilmsəsinin hansı savabı və günahı var?
Milli Məclisin üzvü, ilahiyyatçı alim Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu təşəbbüs təqdirəlayiqdir:


“Bu təşəbbüsün bütün Azərbaycanda tətbiqinə, həyata keçirilməsinə çox böyük ehtiyac var. Bu məsələnin vacibliyi ilə bağlı mən dəfələrlə həm parlamentdə, həm mətbuatda çıxış etmişəm. Hesab edirəm ki, biz yas mərasimlərindəki israfçılığa son qoymalıyıq.

Bu gün hamı bundan əziyyət çəkir. Bəzən yas mərasimləri insanlara on minlərlə manata başa gəlir. Bu cür israfçılıq ictimai qınağa rəğmən bu gün də davam edir. Bu israfçılığın heç bir dini əsası yoxdur. Din israfçılığa qarşıdır. Din bu cür yas mərasimlərini qəbul etmir”.

Millət vəkili öz təklifini də səsləndirib:

“Arzu olunan odur ki, insanlar bu məsələyə şüurlu şəkildə yanaşsınlar və Mahmudkənd camaatı kimi lüzumsuz israfçılığa son qoysunlar. Bu olmasa onda biz bir hüquqi normativ akt tərtib etməliyik ki, yas mərasimlərindəki israfçılığa son qoyulsun. Kimsə ehsan vermək istəyirsə bunu uşaqlar evinə, qocalar evinə və imkansız ailələrə edə bilər. Bunun sosial əhəmiyyəti də, savabı da böyükdür. 

O qədər istedalı uşaqlar var ki, pulsuzluqdan sona qədər təhsilini davam etdirə bilmir. Ehsan vermək istəyən şəxs həmin istedada yardım etməklə çox böyük savab və ictimai nüfuz qazana bilər”.  

İlahiyyatçı Tural İrfan da Mahmudkəndlilərin təşəbbüsünü alqışlayıb:


“Bu müasirliyi, gedişatı, tələbləri, sosial vəziyyəti, dinimizi dərk edən insanların verdiyi çox gözəl qərardır. Ümid edək ki, digər bölgələrdə də bu təkrar olunacaq. Yas yeri, hüzn məclisi qonaqlıqdan, toydan fərqlənməlidir. Yas məclisində gedib yemək gözləməksə sadəcə ayıbdır. Halbuki, qonum-qonşu yas sahibinə yemək aparmalı,başı yasa qarışan ailəyə hərtərəfli yardımçı olmalıdır. 

Biz dədə-babadan belə görmüşük, belə eşitmişik. Hüzn ("hüzr və ya hüzür yox!) məclisində kənar söhbətlər etmək, yemək yaxşı həzm olunsun deyə siqaret çəkmək, bir qab yeyəndən sonra təzədən sifariş vermək heç də doğru deyil”.

Tural İrfan onu da qeyd edib ki, bacaran, imkanı olan, arzu edən şəxslər yas zamanı istifadə olunan ərzaq və digər şeyləri alıb yas sahibi üçün aparmalıdır:

”Doğrudur, yas mərasimində uzaq yoldan gələn, ac, miskin və məzlum adamlar da olur. Bu adamları nəzər almaq olar. Lakin, məclis sahibi özünü çətinə salıb növbənöv yeməklər təşkil etməsinə ehtiyac yoxdur. Ölü üçün ehsan gözəldir. Ancaq hökm deyil ki, bu ehsanı elə məhz yas ərəfəsində verilsin. 

Çox rast gəlmişəm ki, qışın çovğununda, dağ kəndində bir dəstə qəbir qazmaq üçün gedərkən, bir dəstə də mal-heyvan, dana dalınca gedir. Yaxud borc, nisyə ilə ət, yağ, un alırlar. Kəsirlər, bişirirlər, soyuq çadırda camaat buğlana-buğlana yeyir, sonra da dəftərə müəyyən məbləğ pul yazdırırlar. Yaxşı olar ki, nə yemək ye, nə də pul yazdır. Yas sahibinin də qayğısı azalsın. 
Kimsə yas sahibinə kömək etmək istəyirsə, etdiyini də onu borclu qoymaq anlamında etməli deyil, gizlində ona pul verərək, ona dəstəyini bildirməlidir. Bunun savabı da daha çoxdur. Yoxsa siyahı tutmaq, ad yazmaq, kimin nə qədər yazıldığını qeyd etmək. Bu, artıq başqa şeydir. Bunun dinə, İslama heç bir aidiyyatı yoxdur”.

İlahiyyatçı da yas məclisləri ilə bağlı təkliflə çıxış edib:

“Çay, limon, imkanı olan da xurma təklif edə bilər. Təmtəraq, halva, aş, dolma-bozartma, dovğa, pendir, göyərti, qazlı-qazsız sular... Əsla doğru deyil. İsrafdır, israf da haramdır. Beləliklə yas sahibi savab qaznmır, əksinə özünü günaha batırır. 

3,7, 40 kimi tədbirləri, qonaqlıqları da ümumiyyətlə ləğv etmək lazımdır. Peyğəmbər əsla belə cəfəng işlər görməyib, nə də ölmüş səhabəsinin ailəsinə gedib oturub aş, halva gözləməyib. Yaxınları vəfat edəndə tapşırıb ki, onların başı qarışıb, odur ki, sizlər yas yerinə yemək, ərzaq aparıb dəstək olun. Məncə İslama etiqad edən, özünü müsəlman sayan buna əməl etməlidir”.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---