Əfsanəvi futbolçu Azərbaycan millisinin baş məşqçisi ola bilər


  • 09:16 / 30 06 2020 |
  • Bölmə: İdman


Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən daha biri bəlli olub. 

"Rupor"un məlumatına görə "Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu, İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçularından hesab olunan Roy Kindir. 

Nəşr bildirib ki, 49 yaşlı mütəxəssisə təklif edilən şərtlər cəlbedicidir və irlandiyalı baş məşqçi bunu qəbul edə bilər. Roy Kin növbəti 48 saat ərzində qərarını verməlidir.

AFFA-ya yaxın mənbə nəşrə təsdiqləyib ki, Kin assosiasiyanın ən yaxşı seçimidir, lakin tezlikdə mütəxəssisdən cavab gözlənilir. 

Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib. 


Oxşar xəbərlər