""Qarabağ" qarşılaşmanın aşkar favoritidir" - "Sileks"in baş məşqçisi


  • 16:34 / 09 08 2020 |
  • Bölmə: İdman


“Bizim I təsnifat mərhələsində qarşılaşa biləcəyimiz bütün rəqiblər möhtəşəm komandalardır. Onlarım hamısının büdcəsi 20 milyon avrodan yüksəkdir”.

"Rupor" xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bunu Şimali Makedoniyanın “Sileks” klubunun baş məşqçisi Qoran Simov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünə münasibət bildirən mütəxəssis Azərbaycan təmsilçisi “Qarabağ”ı cütün aşkar favoriti sayır:

“Qarabağ” qarşılaşmanın aşkar favoritidir. Biz daha uzun müddət avrokubok həyəcanı yaşamağı xəyal edirik. “Qarabağ” ardıcıl 7 ildir Azərbaycan çempionu olan əla komandadır. Onlar hər il avrokubokların qrupunda oynayır. Əvvəllər də göstərdiyimiz kimi asanlıqla təslim olmayacağıq. Mümkün olan hər şeyi edəcəyik. Ümid sonda ölür”.


Oxşar xəbərlər