“Qarabağ” Kiprdə meydana çıxıb, Norveç komandasıyla qarşılaşacaq


  • 09:39 / 16 09 2020 |
  • Bölmə: İdman


Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə qarşılaşacaq.

“Rupor” xəbər verir ki, Bakı vaxtı ilə bu gün saat 21:00-da başlayacaq görüş Kiprdəki “AEK Arena”da stadionunda olacaq.

Qitə futbol qurumu qarşılaşmaya hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprliləri təyin edib.

Hakim-inspektor Mixalis Arquru, UEFA nümayəndəsi isə Adonis Prokopyu olacaq. Larnaka şəhərindəki görüşü serbiyalı Srcan Yovanoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.


Oxşar xəbərlər