Mayk Tayson və Roy Cons bir-birinə qalib gələ bilmədilər


  • 09:27 / 29 11 2020 |
  • Bölmə: İdman


ABŞ-ın Kaliforniya ştatının Karson şəhərində əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında nümunəvi xarakterli döyüş keçirilib.
"Rupor" "Report"a istinadən xəbər verir ki, hər biri 2 dəqiqədən ibarət 8 raundluq qarşılaşma heç-heçə ilə yekunlaşıb. Bu barədə görüş bitdikdən sonra elan verilib.
Boksçular qərardan narazı qalıb. Qələbəni özünün qazandığına əminliyini vurğulayan Tayson döyüşün ardından rinqi qalmaqalla tərk edib. O, nəticə ilə qəti razı olmadığını açıqlayıb. Cons isə qələbə üçün hər şey etdiyini bildirib.
Mayk Tayson 2005-ci, Roy Cons isə 2018-ci ildən sonra ilk dəfə rinqə çıxıb. 51 yaşlı Cons əvvəlki 75 görüşündən 66 qələbə, 9 məğlubiyyətlə ayrılıb. 53 yaşlı Tayson isə 58 döyüşünün 50-də qalib gəlib.



Oxşar xəbərlər