Araikə cəngəllik lianası kimi sarılan qadın – Liana Adamyanın lüks həyatı




      Bölmə: Dünya Tarix: 11.09.2023 / 13:33

Atalar düz deyib: “Xəmir yeyənin fağırı olmaz”. Qarabağdakı separatçı rejimin sabiq “rəhbəri” Arayik Arutyunyan da fağır adam deyilmiş, iki daşın arasında, göydən yağan od-alovun içində varidat yığır, öz zövq-səfasını sürür, qlamur məşuqə-filan saxlayırmış.

Vəzifədən çıxan və çıxarılan şəxslərin ildırım sürəti ilə ifşa olunduğu regionda Araikin barəsində yayılan ifşaedici materiallar heç kimə təəccüblü görünmür. Bir xeyli adam, əsasən elita mənsubları çoxdan bildikləri bir şeyin gün üzünə çıxmasından, təsdiqlənməsindən məmnunluq duyurlar. Amma sadə xalq istər-istəməz hiddətlənir, hamısı fikirləşir ki, buna bax, biz burada it günündəyik, övladlarımız gedib səngərdə həlak olur, amma bu hampa kefindən qalmırmış.

Qarabağın dağlıq hissəsində yaşayan erməni icması ilə yanaşı, Ermənistanda yaşayan ermənilər də bu hadisəni geniş müzakirə edirlər. Onlara görə, məlum durumda, 35 ildir permanent müharibə şəraitində yaşayan bölgəyə rəhbərlik edən şəxs David Ben Qurion və ya Mahatma Qandi kimi zahidanə həyat tərzi sürməlidir, dünya malında gözü olmamalıdır, dünyəvi həzzlərdən imtina etməlidir. Amma işə baxın ki, Arutunyan heç nədən imtina etmirmiş.

akaryik.jpg (87 KB)

Ermənistan cəmiyyəti onsuz da “Qarabağ klanı”ndan məhz buna görə narazıydı ki, buradan çıxan siyasi və hərbi xadimlər İrəvanda, hakmiyyətdə yüksək mənsəblər tutublar, özlərinə yaxşı biznes qurublar, kef-damaq içində yaşayırlar, amma Ermənistan ermənilərinin balaları onların əvəzində Qarabağda səngərdə yatır, camaat da kasıblıqdan əziyyət çəkir.

Elə ona görə də Ermənistanda Qarabağdan, Azərbaycandan olan erməniləri üzlərinə qarşı olmasa da, arxalarınca AZAR adlandırımışlar. AZAR – yəni Azerbaydjanskie Armyane. Əslində “azar” sözü erməni dilində də təxminən bizdəki mənaya yaxın anlam verən bir sözdür, deyilənə görə.

Paşinyanın 2018-ci ildə “Qarabağ klanı”na qalib gəlməsinin əsl səbəbi də bu idi ki, camaat Qarabağda doğulub-böyümüş ermənilərin Ermənistandakı harınlığından bezmişdi və onların yerli ermənilərə yuxarıdan aşağı baxmalarına artıq təhəmmül etmirdi. Ermənistanın əsl sahibləri qarabağlı koçaryanlar, sarkisyanlar, ohanyanlar, ağacanyanlar idi, yerlilər isə kənarda qalmışdı. Nəhayət, onlar Paşinyanın ətrafında birləşdilər.

kocser.jpg (26 KB)

İndi aydın olur ki, Araik də həmin dairədən imiş. 44 günlük müharibə olmasaydı, bir müddətdən sonra o da İrəvana daşınacaq, yüksək dövlət vəzifəsi tutacaq, “Qarabağ klanı”nın hakimiyyətinin sürəkli olması üçün öz töhfəsini verəcəkdi.

Heç demə, Arutunyan əslində saman altından su yeridən qırışmallardan imiş. Onun birinci arvadı Kristine Arutyunyan bu günə qədər ərinin ikinci arvadının, yəni məşuqəsinin varlığından xəbərsiz imiş. Yazıq qadın elə bilirmiş, əri gecə-gündüz bunkerdən çıxmır, “təcavüzkar türklər”in hücumunu dəf etmək üçün planlar qurur. Ta demirmiş ki, həmin vaxtlarda Araik duş qəbul edərək, hamam xalatında oturub erməni konyakı və ya viski içə-içə televizora baxır, arada Lianaya da deyir ki, ürəyin nə istəyir, nə alım sənə, hansı ölkəyə getmək istəyirsən və s.

Liana onun məşqusəinin adıdır, tam adı Liana Adamyandır. O, tanınmış jurnalist və ictimai fəaldır. İfşa dosyesinə görə, Arutyunyanın Kristinedən üç, Lianadan isə iki övladı var.

photo_2023-09-10_17-19-55 (8).jpg (87 KB)

“Eks-prezident”in keçmiş yaxın adamı deyib ki, Liana Adamyan İrəvanda elit yaşayış kompleksinin dəbdəbəli mənzilində yaşayır. Özü də o, Araikin birinci arvadı kimi sadə və təvazökar deyil, təmtəraq və dəbdəbəni sevir, müntəzəm olaraq xarici səfərlərə çıxır, həm də təyyarədə “qara camaat”a qarışmır, biznes-klassda uçur, yalnız ən bahalı, 5 ulduzlu otellərdə gecələyir.

Onun barəsində belə bir xəbər də var ki, bir az küsəyən olan Liana öz varlı aşnası ilə hər dəfə heç nə üstündə mübahisə etdikdən sonra barışmaq üçün ondan brilyant tələb edir. Yoxsa barışıq mümkün deyil. Bir sözlə, o, özünü keçmiş dövrün süfrəsindən burqund şərabı əskik olmayan fransız madamları kimi aparır.

lukslian.jpg (70 KB)

Bu qadın təbiətcə lovğa olduğu üçün öz dəbdəbəli həyatı barədə sosial şəbəkələrdə açıq paylaşımlar edir, hara getdiyini, necə uçduğunu, harda gecələdiyini, nə yeyib-içdiyini, hansı hədiyyələr aldığını erməni seqmentinə görk edir. İndiyəcən onu kimin “saxladığı”nı bilməyənlər düşünürdü ki, adi bir jurnalistdə bu sərvət haradandır, amma indi hamı bilir ki, Liana Araikə tropik cəngəlliklər lianası kimi sarılıbmış, ondan qidalanırmış.

İndi Ağdərədə, Çartarda sabahkı gününə etibarı olmayan Mkrtç havalanmasın, neynəsin, onun “rəhbər”i kasıb camaatın güzəranına xərcləməli olduğu pulu Lianaya verib, o da xarici səfərlərdə bahalı otel, restoran və butiklərdə dağıdıb.

Artıq həm Araikin, həm də Liananın lüks həyatı arxada qalıb. İndi onların tənəzzül edən vaxtıdır. Çox çəkməz, Liana özünə başqa bir evkalipt tapar.

Mənbə: musavat.com






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---