Bir il sonra dünyaya qayıtdılar - FOTOLAR




      Bölmə: Dünya Tarix: 27.09.2023 / 20:21

NASA astronavtı Frank Rubio və rusiyalı kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelin Beynəlxalq Kosmik Stansiya tarixindəki ən uzun missiyanı başa vurublar.

RUPOR.AZ xarici KİV-ə istinadən xəbər verir ki, astronavt və kosmonavtları daşıyan “Soyuz MS-23” kosmik gəmisi Qazaxıstanın Jezkazqan şəhərinin cənubundakı kənd ərazisinə paraşütlə eniş edib.

Ekipaj bölgədə gözləyən qruplar tərəfindən kapsuldan çıxarılıb.

Beynəlxalq Kosmik Stansiyaya çatan astronavt Rubio 371 günlə kosmosda ən uzun müddət qalan amerikalı astronavt kimi tarixə düşüb.

Prokopyev, Petelin və Rubio 21 sentyabr 2022-ci ildə 6 aylıq missiya üçün Beynəlxalq Kosmik Stansiyaya çatdılar. Lakin dekabr ayında kosmik gəmidə nasazlıq yarandığı üçün kosmik missiya 2023-cü il sentyabrın 27-dək uzadılıb və ekipajın geri qayıtması üçün “Soyuz MS-23” kosmik gəmisi stansiyaya göndərilib.

Qeyd edək ki, kosmosda ən uzun müddət qalaraq dünya rekordu qıran şəxs 1994-cü ilin yanvarından 1995-ci ilin martına qədər Mir Kosmik Stansiyasında 437 gün olmuş rus kosmonavt Valeri Polyakov olub. /qafqazinfo/








SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---