Yutubda keçmiş sevgilisi ilə bağlı video yayan qadın cəzalandırıldı




      Bölmə: Hadisə Tarix: 18.10.2023 / 16:45

Mingəçevir Şəhər Məhkəməsində Şəhər Mərkəzi Xəstəxanasının oftalmoloqu Elxan Hüseynovun qeyri-rəsmi nikahda yaşadığı Pərvanə Tahirova barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

RUPOR.AZ xəbər verir ki, E.Hüseynov əvvəllər qeyri-rəsmi nikahda yaşadığı və 3 yaşlı övladının anası olan qadının Cinayət Məcəlləsinin 147 və 148-ci (Təhqir və böhtan) maddələri əsasında məsuliyyətə cəlb edilməsini tələb edib. O bildirib ki, əvvəllər sevgi münasibətində olduğu qadın mətbuatda və yutub platformasında çıxış edərək onun haqqında təhqiramiz və böhtan xarakterli fikirlər bildirib. Yutubda yayılmış video məhkəməyə sübut kimi təqdim edilib.

Araşdırmalar zamanı məlum olub ki, həkim E.Hüseynov bir neçə il əvvəl Pərvanə Tahirova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb və onların bir qızı dünyaya gəlib. Daha sonra E.Hüseynov Pərvanəni və qızını özünə məxsus evə köçürüb. Lakin bir müddət sonra onların münasibəti pozulub və E.Hüseynov keçmiş sevgilisi və övladının evi tərk etməsini tələb edib. Lakin P. Tahirova Elxanın tələbini rədd edib və evi ona qaytarmayacağını, onun qızını böyütdüyünü deyib. Daha sonra tərəflər arasında məhkəmə çəkişməsi başlayıb. Həmçinin P.Tahirova Elxanın onun yaşadığı evə gizli kamera quraşdırması və sair iddialarla bağlı video çəkərək mediada yayıb.

Məhkəmə xüsusi ittiham qaydasındakı şikayəti təmin edib. P.Tahirova qeyd edilən maddələr üzrə təqsirli hesab edilib və 1500 manat cərimə olunub.   /qafqazinfo.az/







SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---