Ayxan Abbasov: "Taktikadan danışmayım, sirlərimi açaram"




      Bölmə: İdman Tarix: 29.10.2023 / 00:27

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 11-ci turunda doğma meydanda "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib.

Rupor.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun oldu. Hər iki komanda üçün vacib matç idi. Neçə oyundur evdə qələbə qazana bilmirdik. Çox maraqlı və gərgin çempionat gedir. Bu qələbə bizə lazım idi. Hesab bizi aldatmasın. Açıq oyun getdi. Bundan sonra daha çətin olacaq. Sevindirici haldır ki, hesab bizə imkan verdi və akademiyanın yetirməsini oyuna buraxdıq. Gənc oyunçulara motivasiya olsun deyə belə addımlar atacağıq.

- Hiss edirdiz ki, hesab böyük olacaq? Fasilədə komandaya nə tapşırdınız?

- Birinci hissə gərgin başlamışdı. Rəqib bizi əks-hücumda yaxalayırdı. Amma oyun nəzarətimizdə idi. İkinci hissədə futbolçulara oyundan qopmamağı tapşırmışdıq. Heyətdə çox dəyişikliklər olub. Oyundan-oyuna artırmaq istəyirik.

- Derbidə böyük hesablı qələbə qazanmaq necə hissdir?

- Qərb derbisi həmişə maraqlı olur. Bir komanda qalib gələr, biri məğlub olar. Bu derbilər olmalıdır, futbolun gözəlliyidir. Futbolçular qol vurduqca, onlara inam gəlir.

- Ötən mövsüm Runi Eva və Natan Oduva komandanın qollarını vururdu. Bu mövsüm isə bir çox futbolçu fərqlənib. Taktikanı dəyişmisiz?

- Taktikadan danışmayım, sirlərimi açaram (gülür). Ötən mövsümlə müqayisədə fərqlər var. Oyunçuların keyfiyyətindən də irəli gələ bilər.

- Fərid Nəbiyevin milliyə dəvət alacağını gözləyirsiniz?

- Bəli. Əsas heyətdə olmasa da, miliyə layiq futbolçudur. /Publika.az/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---