Bahalaşmanın yeni dalğası gəlir: Qiymətlər artacaq!




      Bölmə: Sosial Tarix: 04.11.2023 / 18:34

Gələn il pensiyalar 11% artacaq. Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Bu xəbərdən sonra hər kəsi maraqlandıran bir sual var: Pensiyalar artarsa, qiymətlər də qalxacaqmı? 

RUPOR.AZ bildirir ki, məsələni Yenisabah.az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırkı iqtisadi mühitdə qiymətlərin ucuzlaşması qeyri-mümkündür: 

"Azərbaycanda 20 ildir ki, qiymət artımı dayanmayıb, məhsulların qiymətində azalma olmayıb. Bu proses bu gün də var və gələcəkdə də davam edəcək, çünki bu prosesi qaynaqlandıran bizim iqtisadi siyasətimizdir. Biz nə qədər ki, iqtisadi siyasətimizi dəyişməmişik, qiymət artımı dayanmayacaq. Qiymət artımını tətikləyən əsas məqam ölkədəki inhisarçılıqdır. İnhisarçılıqdan dolayı ölkəmizdə istehsal potensialı azalır. Dəmir torpağa düşəndə necə ki, korroziya onu yeyir, inhisarçılıq da onun kimi iqtisadiyyatı yavaş-yavaş "yeyir". İnhisarçılıq istehsalçıları sıradan çıxarır, onları udur, rəqabət mühitini sıfıra endirir. Bazar iqtisadiyyatında isə rəqabət mühiti yoxdursa, deməli, iqtisadiyyat çöküşə gedir. İstehsal sahəsini təhlil etsəniz görəcəksiniz ki, ilbəil azalma gedir, artım yoxdur. Artım yalnız Azərbaycan Statistika Komitəsinin rəqəmlərindədir, reallıqda artım yoxdur. Əgər artım yoxdursa, ilbəil daha da idxaldan asılı vəziyyətə düşürüksə, deməli, bizdə məhsulların qiyməti bu proses dayanmayana qədər heç vaxt ucuzlaşmayacaq. Nə də keyfiyyət artmayacaq. Rəqabət bazarda həm ədalətli qiyməti müəyyən edir, həm də keyfiyyəti yüksəldir. Bu isə bizdə yoxdur". 

Ekspert pensiyaların nə qədər artacağının orta aylıq əməkhaqqıdan asılı olduğunu bildirib:

"Hələ ki, bilmək olmaz pensiyalar 11%, 12% yoxsa 10%  faiz artacaq. Bu, ilin sonunda orta aylıq əməkhaqqının artım tempindən asılıdır. Bu ilin yanvar ayının 1-dən, dekabrın 31-nə qədər orta aylıq əməkhaqqı nə qədər artıbsa, əmək pensiyaları da bir o qədər artacaq. Digər pensiyalar haqda bunu demək olmaz, bu artım yalnız əmək pensiyalarına aiddir. Digər məvacibləri artırmaq isə Azərbaycan hökumətinin qərarından asılıdır". 







SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---