İstanbula əlavə xüsusi reys yerinə yetiriləcək - Rəsmi açıqlama


  • 20:27 / 04 07 2020 |
  • Bölmə: İqtisadiyyat


Gələn həftənin ikinci günü, iyul ayının 7-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul-Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək.


“Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən "Rupor"a bildirilib ki, aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanıb. 

Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

Tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir.


Oxşar xəbərlər