Prezidentimizin uğurlu iqtisadi siyasəti: perspektivlər, nəticələr


  • 20:11 / 15 09 2020 |
  • Bölmə: İqtisadiyyat

    
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 14 sentyabr 2020-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib. 

Bu, onu göstərir ki, prezidentimiz bütün sahələrə diqqət göstərir və hər birini ayrı-ayrılıqda ciddi nəzarətdə saxlayır. Sumqayıt Kimya Sənaye Parkının məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. 

Ümumilikdə 2019 –cu ildə Sumqayıt Kimya Sənaye Parkinda 823 milyon manatlıq məhsul istehsal edilib ki. Bunun da 270 milyon manatı təqribən 33 faizi ixrac olunub. 2020-ci il ilk altı ay ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda 5,7 milyard manat xüsusi çəkisi 9,3 faiz yəni 182 milyon manat ixracla ölkə üzrə qeyri-neft sənayesi məhsullarının ixracının 910 milyon manat xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkın fəaliyyət göstərən müəssisəsində 5500-dən çox insan daimi işlə təmin olunub.

Bu gün Sumqayıt nəinki Azərbaycanın  Cənubi Qafqazın  ikinci böyük sənaye mərkəzidir. Bu il parkda şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Tədiyyə   balansının müsbət səviyyədə saxlamaq üçün  əlbəttə ki, bizə çox keyfiyyətli ixrac yönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır.

Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yenilənən,  güclənən Azərbaycanı görürük.  Biz  çalışmalıyıq ki, xaricdə yaşayan Azərbaycanlı iş adamları da gəlib Azərbaycanda vətənimizin çiçəklənməsinə və qüdrətlənməsinə öz vəsaitlərini qoysunlar. 
Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası öz yenilikləri ilə xüsusi olaraq  fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzi də bu xüsusi fərqləndirən cəhətlərindəndir. Burada təcrübə keçən tələbələr gələcəyin peşəkar mütəxəssisləri olacaq və bu da Azərbaycan Respublikasının inkişaf etməsinə, sənayenin ayrı-ayrı sahələri üzrə tərəqqinin əldfə olunması  deməkdir. 

         
İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  müdrik qərarı ilə əlli il, yüz il irəli nəzər salaraq qurulmasının bənnası olduğu müəssisələrin açılışını gələcəkdə Azərbaycan dövlətinin inkişafına, qüdrətlənməsinə  böyük töhvə verəcək. 
Belə bir mühit hər bir azərbaycanlını fəal olmağa cənab İlham Əliyevin yanında dayanmağa, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsinə dəstək göstərməyə sövq verir, zəmin verir.

Nəsimi Rayon sakini 
Çingiz Dadaşov 


Oxşar xəbərlər