Əkbər Qoşalı: Azərbaycan-Türkiyə münasibətləri özünün yeni zirvə məqamını yaşayır


  • 21:01 / 10 09 2020 |
  • Bölmə: Köşə


Azərbaycan-Türkiyə münasibətləri ilk başda qardaşlıq münasibətləridir. Bizim başqa qardaşlarımız da var, lakin onlarla sınır qonşusu deyilik; bəzi qardaşlarımızsa, yaxınlıq-uzaqlıqdan asılı olmayaraq, arzuolunan səviyyədə dostluq nümayiş etdirə bilmir. Təsəvvür edin, bizimlə söykök ortaqlığı yaxud dil, mədəniyyət ortaqlığı olmayan ölkələr bəzən bizi daha açıq müdafiə edərkən, dosdoğma qardaşlarımızdan “bitərəf” və ya susqun qalanlar da olur… – Əlbəttə, eyni soykökdən gəlməyimiz, dil, mədəniyyət ortaqlığımız, bir sözlə, qardaşlıq hüququ bütün hallarda hansısa anlaşmazlığı, hansısa problemi danışıb-barışıb çözməyi vacib qılır, belə də edirik, lakin Azərbaycan-Türkiyə qardaşlığı o biri qardaşlarımız üçün də örnək olmalıdır. 

Qonşu və dost olmağımızla daha parlaq örnəklər yarada bildiyimiz qardaş Türkiyə ilə  qonşuluq və dostluğumuz özündə valehedici gözəlliklər bəsləyir. Bu ilin iyulunda Ermənistanın öz havadarlarına arxalanaraq, Tovuza hücum cəhdi ilə Türkiyə ilə aramızda bəslənən mənəvi gözəlliklər öz meyvələri ilə çox açıq şəkildə üzə vurdu. Biz özümüz bildiyimizi bilirdik; bu dəfə bütün dünya bildi, gördü, qəbul etdi. Tovuz hadisələri zamanı qardaş Türkiyənin Cümhurbaşqanı Azərbaycanın müdafiəsi ilə bağlı çox açıq, birmənalı və sərt mövqe ortaya qoydu. Belə tərəddüdsüz münasibət qardaş ölkənin Xarici işlər naziri, Müdafiə naziri, parlamentin dörd aparıcı partiyası, aparıcı qht və kiv-ləri – ümumən türk dövləti və xalqı tərəfindən göstərildi. Ardınca, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər, mühüm görüşlər baş tutdu; Azərbaycan-Türkiyə genişmiqyaslı birgə hərbi təlimləri keçirildi. Bugünlərdə isə Naxçıvanda yenidən hərbi təlimlər təşkil olundu. Bilirsiz, iki dövlət arasında belə sıx və yüksək səviyyəli görüşmələr, təlimlər, rəsmi açıqlamalar heç bir şəkildə təsadüf və yaxud tendensiya deyil. Əlbəttə, bu, bir qanunauyğunluğun ifadəsi olub, yeni dönəmin çağırışlarına cavab imkan və haqqımızdır. İndi dünyada “kartlar açılıb” şəklində bir siyasi-diplomatik ovqat hökm sürür. Belə olunca, heç kimsə bizi qandırmağa, sadəlöhv yerinə qoymağa qalxışmamalıdır. Biz öz qardaşımızla nə gərəkirsə, onu edirik – daha da artıq işlər görməyə qabilik. Bu yerdə, Azərbaycan Prezidentinin Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edərkən etdiyi məşhur çıxışı da xatırlatmaq istərdim. Türkiyə ilə Yunanıstan arasında Doğu Aralıq dənizi dəniz sahəsində bu yaxınlarda baş verən gərginliyə toxunan dövlət başçımız eynən belə dedi: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz”.

Bəli, indi dünyanın dörd yanında adından bəhs etdirən Türkiyə, böyük bir gücdür! Bu güc yalnız Türkiyə vətəndaşlarının deyil, bütün türk dünyasının qürurudur! Doğu Ağdənizdə, Liviyada, ümumən Afrikada, Suriyada, İraqda və b. Türkiyə siyasi-hərbi iradəsini görməzdən gəlmək sadəcə mümkün deyil! Və Azərbaycan bacardığı qədər Türkiyənin yanındadır. Heç şübhəsiz, torpaqlarımız işğal altında olmasaydı, daha böyük ölçüdə - necə deyərlər, əl-qolu açıq şəkildə qardaşlıq dəstəyi gösərmiş olardıq. Elə ona görə də, Türkiyənin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi işinə hərtərəfli dəstəyi də şübhə, tərəddüd mövzusu deyil. Artıq daha çox ictimai-siyasi dairə, sadə vətəndaşlar, gənc fəallar respublikamızda qardaş ölkənin hərbi bazasının qurulması mövzsunu gündəmə gətirməkdədir. Onu da bilirik ki, hər iki ölkənin siyasi, hərbi rəhbərliyi qardaşlığımızın təntənəsi üçün atılmalı olan addımların ardıcıllığını, zamanlamasını əla bilir və çox da uzaq olmayan günlər, aylar içərisində bu təntənədən hər kəsə pay düşəcəkdir.

İşbirliyimiz bütün parametrlər və sahələr üzrə uğurla davam və inkişafdadır. Qardaş ölkələr arasında hərbi işbirliyinin hazırki durumunu bir sıra məqamlar şərtlən¬dir¬məkdədir. Örnəyi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələri xatırlada bilərik. NATO-nun ən aparıcı ölkələrindən olan Türkiyə, Azərbaycan Silahlı Qüvvələrinin çağdaşlaşdırılmasına kömək edir – bu da mühüm məqamdır. Üçüncüsü, qardaş ölkənin milli maraqları və milli təhlükəsizlik sənədlərini qeyd edə bilərik. Nəhayət, yalnız hakimiyyət orqanlarının deyil, xalqların siyasi-hərbi iradənin yanında olmasını vurğulamalıyıq.

Hərbi işbirliymizdə taktiki-texniki, perspektiv planlar mövcuddur. Yüksək səviyyəli hərbi kadrların hazırlanması, maddi-texniki təchizat – o cümlədən yeni türk silahları ilə təminat mə-sələləri daxil, etibarlı müdafiə sənayesi sahəsində yeni işbirliyi günümüzün gerçəkliyidir. 
Bird aha o inamı ifadə edirəm ki, yaxın gələcəkdə, daha dərin hərbi işbirliyinin şahidi olacağıq. 
Bu dərin işbirliyindən, ağlı başında olan heç kəsə ziyan yoxdur, hikkəsi imkanlarını qat-qat aşanlar, terrorçu, işğalçı zenhiyyətindən uzaqlaşa bilməyən “demokrat libaslı”larsa, özləri bilər – cəhənnəm onlarçün dəyişməz seçənəkdir.

Sonda bir məqama da toxunaq. Daha bugünlərdə isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti qardaş ölkəyə səfər etdi. Zəngin proqrama malik həmin səfər haqlı olaraq,  hər iki ölkə mediasının gündəmində öz yerini aldı. 

Hikmət Hacıyev İstanbulda fəaliyyət göstərən beynəlxalq media qurumlarının nümayəndələri ilə görüşərək müzakirələr apardı. Prezidentin köməkçisi özünün sosial media hesabında belə yazdı: “İstanbulda fəaliyyət göstərən beynəlxalq media nümayəndələri ilə görüşmək və açıq dialoq aparmaq çox xoş idi. Ermənistan-Azərbaycan münaqişəsi, regional və beynəlxalq mövzularda geniş müzakirələr apardıq”.

İstanbul görüşlərinin önəmini vurğulayan Hikmət Hacıyev, KİV-in müxtəlif yönləri üzrə ətraflı müzakirələr aparıldığını, işbirliyi üçün böyük potensialın mövcudluğundan, Türkiyə son dövrlərdə sənədli və bədii filmlərin hazırlanması sahəsində böyük təcrübə qazanılmasından,  qardaş ölkə TV-ləri istər texnologiya, istərsə kontent yaradılması baxımından yaxşı imkanlara malik olmasından vurğu etdi. Və bu planda işbirliyi üçün geniş imkanlar və böyük resursların mövcudluğunu bildirdi.

Bu, Türkiyə-Azərbaycan media işbirliyində, informasiya təhlükəsizliyi sahəsində işbir¬li-yində yeni bir mərhələdir. Bu, bizim hər birimizi bir daha Türkiyə-Azərbaycan media işbirliyində yeni mərhələnin əsas məqsədləri, vəzifələri və hədəfləri üzərində dərindən və üfüqügeniş dü-şünməyə dəvət edir. 

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri,
Milli QHT Forumu İdarə heyətinin üzvü





Oxşar xəbərlər