Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirusdan sağalıb. 

"Rupor" xəbər verir ki, şair bu barədə öz "Feysbuk" səhifəsində yazıb. 

O, artıq evdə olduğunu qeyd edib: 

"Səhhətim, şükür Allaha,normaldır. Analiz neqativ. Bərpa prosesi keçilməlidir. Bütün dostlara, həkimlərə təşəkkürlər".

Qeyd edək ki, iyunun 18-də Səlim Babullaoğlu koronavirus şübhəsilə "Yeni klinika"ya yerləşdirilmişdi.


Oxşar xəbərlər