Gəlin qayınata və qayınanasını zəhərli göbələkdən hazırladığı yeməklə zəhərləyib




      Bölmə: Hadisə Tarix: 12.08.2023 / 23:29

"Mən pis bir şey etməmişəm, bu adamları sevmişəm, özüm də sarsıntı içindəyəm..."
 
Qayınata, qayınana və baldız göbələkdən zəhərlənərək dünyasını dəyişib.
 
"Ailənin şam yeməyi üç qohumun ölümü ilə nəticələnib, evin sahibəsinin özü və övladları zərər çəkməyib".

RUPOR.AZ xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
 
Avstraliya polisi qəribə tarixçəni araşdırır. Ailənin üç üzvü şam yeməyində zəhərli göbələkdən zəhərlənərək dünyasını dəyişib. Araşdırmada ölüm şöbəsinin detektivləri iştirak edir.
 
Qayınata və qayınana da daxil olmaqla zəhərlənmiş qonaqları şam yeməyi ziyafətinə dəvət edən sahibə şübhəli qismindədir. 
 
Şübhələr ona görə baş verib ki, onun özü və övladları zərər çəkməyib. Bununla birlikdə polis nəticə çıxarmağa tələsmir və vurğulayır ki, müxtəlif versiyalar nəzərdən keçirilir. Təfsilatlar avqustun 9-da bəlli olub.
 
Ölümcül şam yeməyi iyulun 29-da Viktoriya ştatının balaca Leonqata şəhərciyində Erin Pattersonun evində baş tutub.
 
Erin bu yaxınlarda ayrıldığı əri Saymonun valideynlərini qəbul edib. 70 yaşlı qayınata və qayınana Qeyl və Don Patterson sahibənin süfrəyə gətirdiyi göbələkləri yeyəndən sonra tez bir zamanda zəhərlənmə əlamətlərini hiss edib. Onlar müxtəlif xəstəxanalara yerləşdirilib, orada tezliklə ikisi də bir-birinin ardınca dünyasını dəyişib.
 
Şam yeməyində həmçinin Qeylin 66 yaşlı bacısı Hizer Uilkinson və onun əri, 68 yaşlı babtist pastor İan iştirak edib. Onlar da zəhərlənib. Hizer dünyasını dəyişib, İan isə hələ də xəstəxanada kritik vəziyyətdədir, qara ciyər köçürülməsini gözləyir.
 
Avstraliya polisinin məlumatına görə, hələlik, qonaqların hansı göbələyi yediyi aydın deyil, lakin əlamətlər göbələklərin xüsusilə ölümcül növündən (Amanta phalloides) zəhərlənmə əlamətlərinə bənzəyir.
 
Polis qeyd edib ki, ev sahibəsi Erin Patterson öz ərilə ayrılıb, lakin müstəntiqlərə deyib ki, onunla dostluq münasibətləri saxlayıb. 
 
Polis həmçinin sual edir ki, necə ola bilər ki, qonaqlardan yalnız dörd nəfəri zəhərlənib, amma sahibənin özü və onun iki övladı zərər çəkməyib, çünki göbələklərə toxunmayıb.
 
Bundan başqa, bəlli olub ki, Erin şam yeməyinə həm də keçmiş əri Saymonu da dəvət edib, lakin son məqamda o, dəvətdən imtina edib.
 
Bu sirr Saymonun bu yaxınlarda mədəsində olan qəribə xəstəlik səbəbindən uzunmüddətli reabilitasiya kursunu bitirməsi bəlli olduqdan sonra daha da dolaşıq hal alıb.
 
Bu zaman o, az qala dünyasını dəyişəcəkmiş. Ötən ilin may ayında o, evdə huşunu itirib və xəstəxanaya çatdlrılıb, orada 16 gün komada olub və üç əməliyyat keçirib.
 
Ştatın polis zabiti Din Tomas vurğulayıb ki, bu şam yeməyinin bütün təfsilatlarının aydınlaşdırılması üçün bir qədər zaman lazım olacaq. "Ola bilər ki, zəhərli göbələk süfrəyə səhvən verilib, lakin hələlik dəqiq heç nə bəlli deyil".
 
Erin Patterson polis tərəfindən dindirildikdən sonra hər hansı ittihamlar irəli sürülməyib, hərçənd, əsas şübhəli şəxs olaraq qalır.
 
Avstraliya KİV-lərinə müsahibəsində Erin iddia edib ki, şübhələri anlamır: "Mən pis bir şey etməmişəm. Mən bu adamları sevmişəm. Mən özüm baş verənlərdən sarsılmışam", - o, yerli telekanala bəyan edib.
 
Erin həmin gecədə qonaqlara hansı yeməkləri verdiyini və göbələkləri haradan yığdığını danışmaqdan imtina edib. Jurnalistlər onun evini əhatə edəndə, o, ərazini tərk etməyi tələb edib, çünki bu, "onun övladlarında stres yaradır".
 
Evdə axtarış zamanı polislər bir neçə əşya götürüb. "Sydney Morning Herald" qəzeti məlumat verib ki, polis yaxınlıqdakı zibilxanadan tapılan mətbəx quruducusunun məhkəmə-tibbi ekspertizasını apararaq onun göbələklə zəhərlənmə ilə əlaqəsi olduğunu müəyyən etmək istəyir. Maraqlıdır ki, çərşənbə günü müstəntiqlər yenidən zibilxanaya baş çəkib, görünür, əlavə sübutlar axtarıb.  /moderator.az/





SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---