Rəsulzadənin real görüntüləri yer alan film göstəriləcək - Bu gün - VİDEO


  • 15:39 / 14 09 2020 |
  • Bölmə: Mədəniyyət və Şou


Azərbaycan Televiziyasında Qafqaz İslam Ordusunun Bakı zəfəri ilə bağlı sənədli filmin premyerası olacaq.

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən "Rupor"a verilən məlumata görə, “Qafqaz İslam Ordusu” adlı sənədli film bu gün, yəni sentyabrın 14-ü saat 21:30-da yayımlanacaq.

Sənədli filmdə tarixi hadisələrin bəziləri obrazlı formada nümayiş olunacaq. Filmdə real görüntülərdən də istifadə olunub. Belə ki, “Qafqaz İslam Ordusu”nda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin də real görüntüləri yer alıb. Bu görüntülər ilk dəfə AzTV-nin “Tarixin izi ilə” verilişində yayımlanıb.

Sənədli filmi AzTV-nin ictimai-siyasi proqramlar redaksiyasının “Tarix” şöbəsi hazırlayıb.

“Qafqaz İslam Ordusu”nun ssenari müəllifi Mahir Qəribov, rejissoru Mehparə Nəcəfova, layihə rəhbəri isə Sərvər Bayramovdur.
Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.




Oxşar xəbərlər