Almaniyada Azərbaycanın qələbəsi naminə aksiya - FOTO


  • 13:08 / 26 11 2020 |
  • Bölmə: RUPORfoto / Dünya / Hadisə


Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 22 noyabr tarixində Almaniyanın Düsseldorf şəhərində Simali Reyn Vestifaliya parlamentinin binası qarşısında Azərbaycan ordusunun tarixi qələbəsi münasibəti ilə Ali Baş Komandan cənab İlham Əliyevə və müzəffər ordumuza dəstək aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Rupor"a verilən məlumata görə, aksiya iştirakçıları təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər. Soydaşlarımız bu sevinci onlara yaşatdıqlarına görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusuna minnətdarlıqlarını ifadə ediblər. Aksiyada hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyəyə də təşəkkür edilib.
Tədbirdə “Qarabağ bizimdir, bizim olacaq”, “Yaşasın Azərbaycan!”, “Yaşasın Ali Baş Komandanımız!”, “Yaşasın rəşadətli ordumuz!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.





Oxşar xəbərlər