“Bunların məntiqi ilə iynə vuranda spirt vurulmamalıdır ki, haramdır”




      Bölmə: Gündəm Tarix: 04.11.2023 / 18:52

“Mətbuatda açıqlamaları dərc olunan tanınmış şəxslərlə bağlı Rəşad Məcidin səsləndirdiyi fikirlər normaldır. Lakin burada tanınmış şəxsiyyət deyiləndə kimin nəzərdə tutulduğunu dəqiqləşdirmək vacibdir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Əməkdar jurnalist Elçin Şıxlı deyib. 

O, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin sosial şəbəkə hesabında paylaşdığı fikirlərə münasibət bildirib. 

Xatırladaq ki, Rəşad Məcid bildirib ki, sosial şəbəkələrin meydan suladığı indiki dövrdə psixi pozğunluğu, sapıntılı orientasiyası, şübhəli reputasiyası, küt düşüncəsi olan adamlar hər cür sərsəm fikirlər səsləndirə bilərlər. 

Onun sözlərinə görə, ciddi media orqanları sosial şəbəkədə yazılan bu cür fikirləri tirajlamamalıdırlar: 

“Özünə hörmət edən ciddi media subyektləri, normal düşüncəli fəal sosial şəbəkə istifadəçiləri belə sərsəm fikirləri yaymamalı, tirajlamamalı, əksinə, hiddət və etirazlarını bildirməlidirlər. Xaosun, bulanıqlığın qarşısında sipər olmalıdırlar”. 

Öz növbəsində, E.Şıxlı bildirib: “Məsələn, bu gün Hacı Təyyar adlı bir şəxs açıqlama verib və hər kəs onu paylaşır. Bu saat Azərbaycanda hacı itinə tökdür, nə olsun?! Reallıq isə budur ki, ciddi mətbuat idiot fikirləri tirajlamamalıdır. Çünki bu fikirlər, hətta üçüncü sinif uşağına aydındır ki, bu adamın söylədiyi fikirlər cəfəngiyatdır. Bunların məntiqi ilə iynə vuranda spirt vurmamalıdırlar ki, haramdır. Belə sarsaq fikirləri tirajlamaqla biz həmin o cür mənasız adamları gətirib məşhurlaşdırırıq. Rəşad Məcid bu mənada çox düzgün deyib”. 

“O ki qaldı hadisələri işıqlandırmaq məsələsinə, bu, tamam başqa bir şeydir, mətbuat bunu etməlidir. Amma biz belə sarsaq fikirləri tirajlayırıqsa, deməli, biz də həmin o sözü deyən adamların tayıyıq. 

Hansısa bir hacı fikir söyləyirsə, onu niyə məşhur edirlər? Belə adamların sarsaq fikirlərini tirajlamaq olmaz. Fikir söyləmək ayrı, amma bu, heç fikir də deyil. Sonra biri də qayıdıb deyir ki, bu onunla, o bununla yatır. Bunları yaymağa məqsəd nədir? İndi hər kəsin sosial şəbəkə hesabı var və orada nə deyirlərsə, desinlər. Lakin ciddi mətbuat bu fikirləri tirajlamamalıdır”, - fikirlərini yekunlaşdırıb.


 





SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---