Dağıstanda xaos böyüyür - Soydaşlarımızın yaşadığı Dərbənddə SON VƏZİYYƏT




      Bölmə: Gündəm Tarix: 30.10.2023 / 14:48

“Dərbənddə, ümumiyyətlə, Dağıstanda yaşayan soydaşlarımız Mahaçqalada baş verən hadisələrin təsirinə düşməməli, özlərini çox təmkinli aparmalıdırlar”. 

Bunu Bizim.media-ya açıqlamasında tanınmış jurnalist, Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev deyib.  

Onun sözlərinə görə, Dağıstanda ötən gün baş verənlər çox böyük təəssüf hissi doğurur və bu yaşananlar təxribatçı qüvvələrin əvvəldən planlaşdırdığı planın bir hissəsidir və Dağıstanda yaşayan azərbaycanlılar çox böyük təmkin və səbir nümayiş etdirməlidirlər:

“Mahaçqalada baş verənlərin fonunda bu gecə 200 mindən çox azərbaycanlının yaşadığı Dərbənd şəhərində müəyyən gərginlik olsa da, şükürlər olsun, hər hansı qarşıdurma yaşanmayıb.  

Gecə boyu Dərbənd polisi şəhərdəki sinaqoqa nəzarət edib, mühafizə ciddi şəkildə təmin edilib. Şəhər rəsmiləri vəziyyəti nəzarətə götürüblər. Bəzi yəhudi ailələrinin orada gecələdiyi barədə məlumatlar var. Rusiya Ravvinliyinin Dərbənd nümayəndəliyinin də bir müraciətinin yayıldığı bildirilir. Müraciətdə onların nə edəcəklərini bilmədikləri, lazım gələrsə, 400-ə yaxın yəhudi ailəsinin bölgədən köçürülməsi öz əksini tapıb. Amma hələlik bununla bağlı hər hansı rəsmi məlumat yoxdur”. 

Müqəddəs Mehdiyev qeyd edib ki, Dərbənd şəhərindəki Cümə məscidinin axundu Seyid Haşim Teyyubovun da xalqa müraciət etdiyi, soydaşlarımıza ölkədə baş verən hadisələrə böyük səbir və təmkinlə yanaşmağı tövsiyə etdiyi barədə məlumatlar da var.  

Ümumiyyətlə, Dağıstanda baş verənlərlə bağlı Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov və digər rəsmilərin çıxış və müraciətlərində əhalini təmkinli olmağa çağırıblar.

Bildirilib ki, Dağıstanda əsrlər boyu yəhudilərlə bütün xalqların nümayəndələri mehriban şəraitdə yaşayıb və əhali təxribatçı qüvvələrin qızışdırıcı mövqelərinə uymamalı və böyük təmkin nümayiş etdirməlidir.  






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---