“Adlar çəksəm, aləm dəyər burada bir-birinə - Sahibə Qafarova niyə əsəbiləşdi?




      Bölmə: Gündəm Tarix: 14.11.2023 / 16:41

“Bir sıra dövlət qurumlarında müavinlik institutu işləmir”.

RUPOR.AZ xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib. 

R.Nurullayev vurğulayıb ki, müavinlərin konkret vəzifələri var, qanunla və daxili nizamnamə ilə tənzimlənir: “Niyə işlək deyil? Elə qurumlar var ki, orada müavinlik institutu formal xarakter daşıyır. Rəhbər səlahiyyətləri və sahələri köməkçiləri, özünə yaxın adamlar arasında qeyri-rəsmi olaraq bölür. Bu, yolverilməzdir və adlar çəksəm, aləm dəyər burada bir-birinə, amma ayrılıqda bölüşə bilərəm. Amma, deyim ki, az qala 60% dövlət qurumları bu mexanizmlə işləyir”.

“İkincisi, vəzifəli şəxslər qurumun adındakı “dövlət” sözünü nəzarət və monitorinq kimi başa düşürlər. İnanın ki, hörmətli Sahibə xanım, bəzi dövlət idarələrinə imkan verilsə, hamısı istintaq idarəsi yaradar. İmkan verilsə, bir qurum içində, onlarla nəzarət və monitorinq mexanizmi yaradarlar ki, ancaq vətəndaşı, sahibkarı tutub gətirib məhşər ayağına çəksinlər. Vallah, imkan verilsə, nəzarətə də nəzarət yaradarlar. Bu qədər çək-çevir, nəzarət, monitorinq, sorğu-sual, süründürməçilik, qanuna xor baxma, öz mənafeyini dövlətin və xalqın mənafeyindən üstün tutma və özbaşınalıq kimi hallar xalqı narazı salır” , - deyə qeyd edib.

Sədr Sahibə Qafarova isə deputata irad bildirib: “Niyə bir söz tapıb, Xankəndinin büdcəsi barədə nəsə deyilmədi? Sonra da deyirsiniz ki, xanım sədr müdaxilə edir. Müdaxilə etməyim bəs nə edim? Biri deyir insanlardan qaçırıq. Biz nə zaman camaatdan qaçırıq?! Bu VI çağırışda deputatlar xalqla bir yerdə olan vaxtı bundan əvvəl nə vaxt olub? Niyə məni bunu deməyə məcbur edirsiniz?

Razi müəllim, sizə isə tövsiyə edirəm ki, çıxışlarınızın stilistikasına baxasınız- qoçuluq və s. Siz nazirlikləri, dövlət qurumlarını nədə ittiham edirsiniz – qoçuluqda? Danışanda fikirləşin!”   /qafqazinfo/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---