Putin Lukaşenkoya təbrik teleqramı göndərdi


  • 13:12 / 10 08 2020 |
  • Bölmə: Siyasət / Dünya


Rusiya prezidenti Vladimir Putin Aleksandr Lukaşenkoya Belarusda prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik teleqramı göndərib.  
"Rupor" xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. 

Teleqramda yazılıb: 

"Bütün sahələrdə qarşılıqlı faydalı münasibətlərin Rusiya-Belarus əlaqələrinin daha da inkişafına, Avrasiya İqtisadi Birliyi və MDB vasitəsilə inteqrasiya proseslərinin qurulmasına, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı hərbi-siyasi əlaqələrə töhfə verəcəyini gözləyirik". 

Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. MSK-nın ilkin məlumatına görə, Aleksandr Lukaşenko 80,23 faiz səslə liderdir.



Oxşar xəbərlər