""Eyni inancla Azərbaycanla bir ürəyik" - Mövlud Çavuşoğlu


  • 12:16 / 15 09 2020 |
  • Bölmə: Siyasət / Dünya


Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 15 sentyabr - Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib. 

"Rupor" xəbər verir ki, Türkiyə XİN başçısı bu barədə "Twitter" hesabında paylaşıb.

Həmin paylaşımı təqdim edirik: 
 
"Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə müqəddəs şəhidlərimizi rəhmətlə anıram. Eyni ruh və inancla bu gün Azərbaycanla çiyin-çiyinə, bir ürəyik. Odlar yurduna salam olsun!"























Oxşar xəbərlər