"Yerevan çox təhlükəli oyun oynayır" - Hərbi ekspert


  • 09:33 / 17 10 2020 |
  • Bölmə: Siyasət


Yerevan çox təhlükəli oyun oynayır.
"Rupor"-un məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
Ekpert qeyd edib: "Şəhərləri raket atəşinə tutmaq nəyə lazımdır? Burada hərbi baxımdan heç bir məqsədəuyğunluluq yoxdur. Ermənistan çox təhlükəli oyun oynayır. Əmri kim verdi? Paşinyan? Amma, o çox dalğın görünür... Tonoyan?"
Qeyd edək ki, Ermənistan hücumu nəticəsində Gəncədə 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.


Oxşar xəbərlər