"Ermənistanı durdurmağın vaxtı gəlmişdi və bu da oldu" - Çavuşoğlu


  • 09:38 / 21 11 2020 |
  • Bölmə: Siyasət


Azərbaycan həm hüquqi, həm də siyasi baxımdan haqlıdır.
"Rupor" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, təəssüflər olsun ki, bəzi dövlətlər Azərbaycanın haqq işini dəstəkləmək əvəzinə ya tərəfsiz qaldılar, ya da Ermənistana açıq şəkildə dəstək verdilər:
"Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüququ heçə saydığını göstərmişdi. Ermənistanı durdurmağın vaxtı gəlmişdi və bu da oldu"
Onun sözlərinə görə, Fransanın ermənipərəst mövqe sərgiləməsi işğala dəstək deməkdir.




Oxşar xəbərlər