"Qurumlararası mərkəz artıq işə başlayır" - Lavrov


  • 15:14 / 21 11 2020 |
  • Bölmə: Siyasət


Rusiya üçtərəfli bəyanatın imzalanmasından sonra Dağlıq Qarabağda humanitar problemlərin və qaçqınlar məsələsinin həllinə sadiqdir.
"Rupor"
xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.
O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanış razılaşma bu məsələlərin həll olunmasına imkan yaradır:
"Bölgədə fəaliyyət göstərən sülhməramlılarla yanaşı, prezident Putinin fərmanı ilə yaradılan qurumararası mərkəz artıq işə başlayır və bu məsələləri nəzarətdə saxlayacaq".




Oxşar xəbərlər