Adsız küçələrə şəhidlərin adı verildi - Fotolar


  • 16:11 / 13 01 2021 |
  • Bölmə: Sosial


Quba şəhərində yeni abadlaşdırılan küçələrə Vətən müharibəsində şəhid olan 10 şəhidin  adı verilib.
"Rupor" xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətində verilən məlumata görə, yenidən qurulan küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, digərlərinə isə qubalı şəhidlərin adı verilib. Artıq həmin küçələrə adların yazıldığı lövhələr də vurulub.
Abadlıq işləri aparılan yaşayış massivində 22 küçə mövcuddur. Küçələrin ümumi uzunluğu isə 16 kilometrdən çoxdur.
Qeyd edək ki, Quba rayonu Vətən müharibəsində 47 şəhid verib. 







Oxşar xəbərlər