Millət vəkili vətəndaşların müraciətlərinə necə reaksiya göstərir? - Açıqlama


  • 15:24 / 10 08 2020 |
  • Bölmə: Sosial


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son bir həftədə  250-dən çox vətəndaşla online qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla əlaqə saxlayıb. 

Komitədən "Rupor"a verilən məlumata görə, eyni zamanda millət vəkilinin köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib. Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. 

Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi vətəndaşların müraciətləri ilə bağlı isə müvafiq qurumlara rəsmi sorğular göndərib. 

Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. 

Millət vəkili  eyni zamanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları virusdan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.


Oxşar xəbərlər