BDU-dan fənnin ləğv olunması ilə bağlı - Açıqlama


  • 10:00 / 16 09 2020 |
  • Bölmə: Sosial


2020-ci il 15 sentyabr tarixində Pravda.az saytında “BDU-da "Müasir Azərbaycan dili" fənni ləğv edilib?” sərlövhəli yazıda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müasir Azərbaycan dilinin tədrisinin ləğv edildiyi barədə fikirlər yer alıb.

"Rupor" xəbər verir ki, 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali təhsil pilləsi ixtisasları üzrə yeni və müasir zamanın tələblərinə cavab verən yeni təhsil proqramları qəbul olunmuşdur. Bu baxımdan Jurnalistika ixtisası üzrə də yeni təhsil proqramı qəbul edilmiş və proqramda istər ixtisas, istərsə də qeyri-ixtisas fənlərilə bağlı bir sıra yeniliklər edilmişdir.

Jurnalist kadrların hazırlığında hər zaman ana dilinin tədrisi böyük əhəmiyyət kəsb edir. Təhsil Nazirliyinin təsdiq etdiyi yeni ixtisas proqramında da bu amil nəzərə alınmışdır. Ümumi fənlər bloku üzrə birinci kurs tələbələrinə tədris ediləcək “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnində Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqları öyrədiləcək, eyni zamanda tələbələrin istər yazı, istərsə də danışıq texnikasını daha dərindən mənimsəməsi məqsədi ilə növbəti kurslarda “Jurnalistin nitq mədəniyyəti”, “KİV-in dili və redaktənin əsasları” kimi əsas ixtisas fənləri tədris ediləcək, Azərbaycan dilinin mətbuata təsiri problemləri “KİV-in dili və redaktənin əsasları” fənnində tədris olunacaqdır.



Oxşar xəbərlər