Binəqədinin Mənzil Kommunal Təsərrüfatında işçilər etiraza qalxdılar - VİDEO


  • 15:14 / 24 09 2020 |
  • Bölmə: Sosial


Binəqədi rayonunda Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) işçiləri bir neçə aydır ki, sözün əsl mənasında zülm çəkirlər.
Onların həm maaşları kəsilir, həm iş saatından artıq işlədilirlər. Bunlar azmış kimi etiraz edən, narazılıq bildirən işçilərə də hədə-qorxu gəlinir.


"Rupor" xəbər verir ki, problemləri ilə bağlı Musavat.com-a danışan bir qrup işçi bildirib ki, rəhbərlik dəyişəndən sonra vəziyyətləri daha da pisləşib. Sözlərinə görə, gün ərzində 14 saat işləyirlər, amma bunun qarşılığında haqları olan əmək haqqını ala bilmirlər. Narazı işçilər qeyd edib ki, hər gün həyatları risk altındadır. Avtomobil yollarını süpürən zaman onların bir neçə iş yoldaşını avtomobil vurub. Xəsarət alan şəxslərə isə rəhbərlik tərəfindən heç bir köməklik göstərilməyib. Hər bir bəhanə ilə əmək haqları kəsilən qadınlar qeyd edib ki, iş yoldaşlarının çoxu problemlərini dilə gətirməkdən qorxurlar. Hər gün min bir əziyyətlə çalışan, amma haqları verilməyən bu insanların qarşılaşdıqları problemlərlə bağlı aşağıdakı videodan ətraflı məlumat ala bilərsiniz:



Oxşar xəbərlər