Narazlıq edən süpürgəçilər rəhbərliklə barışdılar - "Yanlışlıq olub"


  • 15:33 / 24 09 2020 |
  • Bölmə: Sosial


Binəqədi rayonunda Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) işçiləri maaşlarının kəsildiyindən, iş saatının artıq olduğundan narazlığını bildiriblər. 

"Rupor" Musavat.com-a istinadən onların narazııqlarını yayıb. 

Məsələyə qarşı tərəf də münasibət bildirib. Saytın əməkdaşı MKTB-nın baş mühasibi Zəkariyyə Qasımovla danışıb. 

Rəsmi nümayəndə bunları deyib: 

"Şəxsən mən bu gün narazaılıq edənlərlə görüşdüm. Biz onları həmişə başa düşmüşük, ağır iş görürlər, həmişə onlara dəstək göstərmək istəmişik. Bir yerdə gedib təmizlədikləri ərazilərinə baxış keçirdik. İddia edirdilər ki, onlara çox ərazi təmizlətdirilir. Özləri də gördülər ki, dedikləri doğru deyil. Onların aylıq əmək haqqları 378 manatdır. 6 gün 40 saat işləyirlər. Biz onlara artıq maaş verək deyə elan etdik ki, ki 3 saat yraım artıq işləsə 49- manat alacaq. Bir dəfə də olsun nə pul, nə də işin çoxluğu baxımından onları incitməmişik. Bu gün mənilə görüşlərində özləri də anlaşılmazlıq olduğunu etiraf etdilər. Olmayan hadisəni şişirdərək mətbuata vermələrindən peşman idilər. Bizim aramzda heç bir anlaşılmazlıq yoxdur, işlər qaydasındadır". 

Şikayətçilər  belə demişdilər: "Gün ərzində 14 saat işləyirik, ə bunun qarşılığında əmək haqqımızı ala bilmirik. Avtomobil yollarını süpürən zaman bir neçə iş yoldaşımızı avtomobil vurub. Xəsarət alan şəxslərə isə rəhbərlik tərəfindən heç bir köməklik göstərilməyib". 



Oxşar xəbərlər