Tarixi ənənəsini qoruyaraq inkişaf edən Fatmayı - Video


  • 09:57 / 30 06 2020 |
  • Bölmə: Video / Bölgə


Fatmayı kəndi Xəzər dənizindən 54 metr yüksəklikdə olan təpənin cənub yamacında yerləşir. 1638 təsərrüfatda 7154 nəfərin yaşadığı kənddə tam orta məktəb, uşaq bağçası, Poliklinika, Mədəniyyət evi, Poçt və kitabxana - informasiya mərkəzi fəaliyyət göstərir. 

Fatmayı Mehdiabad, Məhəmmədi, Digah, Pirşağı, Goradil qəsəbələri ilə qonşudur. Kənddə tarixi abidələrin az qismi günümüzə gəlib çıxıb. “Hacı Heybət” məscidi, hamam, türbə, “Salam” məscidi kimi tariximizi əks etdirən tikililər hələ də qalmaqdadır.

Kəndlilər hesab edir ki, ötən illərə nisbətən Fatmayı xeyli dərəcədə inkişaf edib. Bunu digər kəndlərlə müqayisədə daha aydın şəkildə müşahidə etmək olar. 

Hazırda kənd ərazisində Böyük Vətən Müharibəsi iştirakçilarının adına ucaldılan abidənin yenidən restavrasiyasına başlanılıb.
Fatmayı kəndi özünün intibah dövrünü yaşayır. Əhalini  narahat edən  İşıq, Qaz, su və s bu kimi sosial problemlər tamamilə aradan qaldırılıb.  

Prezident lham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq kənddə xeyli abadlıq quruculuq işləri görülüb.  Kənd ərazisində sakinlərin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün Fatmayı elektrik yarımstansiyası tikilərək istifadəyə verilib. 

Sakinlərin müraciət əsasında gecələr küçələrin işıqlandırılması problemlər aradan qaldırılıb. Kənd qəbiristanlığında mövcud Şəhid məzarı ətrafında abadlıq işləri görülüb. 

Fatmayı kəndində sakinlərin istək və arzuları da  tam reallaşdırılıb. Bundan sonra sakinlərin öz əmək haqqlarını və təqaüdləri çıxarmaq üçün kənar ərazilərə getmələrinə ehtiyac qalmayacaq. Kəndin mərkəzi hissəsində bir bankomat quraşdırılıb.

Abşeron kəndləri Azərbaycana görkəmli şəxsiyyətlər bəxş edib. Fatmayı da digər kəndlərdən geri qalmır. Kənd nəhəng insanlar yetişdirib. Dahi bəstəkar Qara Qarayevin adını qeyd etmək kifayətdir. Siyasi xadim Dadaş Bünyadzadə, məşhur vitse-admiral Cəlil Cavadov bu kəndin övladlarıdır. Tanınmış alimlər Abdulla və Əbülfəs Qarayevlər, yazıçı Tağı Şahbazi Fatmayıda doğulublar.  

Fatmayı öz qeyri-adi bağları ilə də məşhurdur. Sakinlərə rahatlıq gətirən amillərdən biri də kənddə bu günə kimi adət anənələrin qorunun saxlanılmasıdır.

Sizə tqdim etdiyimiz videosügetdə kəndin bu günü barəsində daha geniş məlumat verilir. 

Rupor.az






Oxşar xəbərlər