27 illik həsrətin sona çatmasına günlər qaldı


  • 19:20 / 21 10 2020 |
  • Bölmə: Xəbərlər


Rəşadətli Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü uğurla davam etdirir.Hər açılan səhər bizə yeni müjdəli xəbərlər gətirir.Hər gün işğaldan azad edilmiş ünvanların sırasına yeniləri əlavə olunur.Hər ötən gün tariximizə qızıl hərflərələ yazılaraq qələbə günü kimi həkk edilir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə rəşadətli ordumuz torpaqlrımızın işğaldan tam azad olunmasının elan ediləcəyi tarixi sürətlə yaxınlaşdırır. 
Ötən gün,yəni oktyabrın 20–də Azərbaycan Respublikasının Prezidenti ,Ali Baş Komandan cənab İlham Əliyev xalqımıza müraciət edərək daha bir müjdəli xəbərlə hamımızı qürurlandırdı.Hər müraciətində ,cənab Prezidentin özünün də dediyi kimi, növbəti işğaldan azad edilən yaşayış məntəqələrimizin adları açıqlanır.Bu dəfə isə dövlətimizin başçısı aşağıda adları qeyd olunan yaşayış məntəqələrinin azad olunduğunu bildirdi:
Füzuli rayonu:Dördçinar,Kürdlər,Yuxarı Əbdürrəhmanlı,Qarğabazar,Aşağı Veysəlli,Ağtəpə,Yarəhmədli kəndləri;
Cəbrayıl rayonu : Sarafşa,Həsənqayd, Fuğanlı,İmambağı, Daş Veysəlli, Ağtəpə ,Yarəhmədli kəndləri;
Xocavənd rayonu:Ağcakənd,Mülküdərə,Daşbaşı,Günəşli (keçmiş adı Noraşen idi),Vəng kəndləri (yeni adı Çinarlı);
Zəngilan rayonu: Havalı,Zərnəli,Məmmədbəyli ,Həkəri,Şərifan,Muğanlı kəndləri və Zəngilan şəhəri!

Bir gün sonra - oktyabrın 21-də isə Ali Baş Komandan növbəti dəfə xalqı sevindirdi. Prezident "Tvitter" hesabında bəyan etdi: 
"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Artıq bu azad olunmuş torpaqlarımızda  da Silahlı Qüvvələrimiz tərəfindən üçrəngli Bayrağımız dalğalandırıldı.
Yenə də andına sadiq qalan Prezidentimiz Gəncənin qisasını döyüş meydanında aldı.
Azərbaycan heç vaxt gizlətməyib ki,sülh danışıqları baş tutmayacağı təqdirdə ordumuz öz sözünü deyəcək,tarixi missiyasını layiqincə yerinə yetirəcəkdir.Artıq həmin zaman yetişib və əsgərlərimiz döyüş meydanında Ali Baş Komandanın rəhbərliyi altında respublikamızın ərazi bütövlüyünü qəhrəmancasına bərpa edirlər. Müzəffər  Azərbaycan Ordusu həm də illərdir ki, ATƏT-in Minsk qrupunun təmin edı bilmədiyi tarixi ədaləti bərpa edir.
Əks-hücum əməlyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlrımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.Ordumuzun qalibiyyəti xarici ekspertər tərəfindən də yüksək qiymətləndirilir.Buna sübut olaraq Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markovun bu barədə öz “Facebook”səhifəsində yazdıqlarını sizinlə paylaşmaq istəyirəm:”Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu əyani şəkildə göstərdi ki, o daha yaxşı təchiz olunub ,daha yaxçı hazırlaşıb,onun döyüş ruhu da yüksəkdir,çünki o ,öz ərazisi uğrunda vuruşur. Axı Rusiya da ,dünya birliyi də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.”
Tanınmış rusiyalı hərbi ekspert ,”Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko isə bildirib ki,Azərbaycan Ordusu işğal edilmiş ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatlarında XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi.
O qeyd edib ki, yüksəkdəqiqlikli silahdan istifadə mülki əhali arasında itkilərin sayını azaldır.”Bu nöqteyi-nəzərdən Azərbaycan həm hərbi uğur qazanıb,həm də Dağlıq Qarabağda yaşayan mülki vətəndaşların həyatıını xilas edib. Fikrimcə ,döyüş əməliyyatlarının aparılması taktikası sahəsində əhəmiyyıtli dəyişikliklər olacaq .Sözsüz ki,Azərbaycan Ordusunun təcrübəsi ətraflı şəkildə öyrəniləcək”-deyə İqor Korotçenko bildirib.
Bütövlükdə ,torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsi ordumuzun qüdrətinin,gücünün  və ümumən Silahlı Qüvvələrimizdə aparılan quruculuğun nə qədər səmərəli olduğunu və bunun döyüş meydanında öz təsdiqini tapdığını bütün dünyaya göstərdi. Fərəhləndirici haldır ki,Azərbaycanın inkişaf etmiş hərbi sənaye kompleksi formalaşıb.Bu gün respublikamız Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir.
Ali Baş Komandan , cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı döyüşlər hərb tarixinə qızıl hərflərlə yazılacaq.Mən isə bir azərbaycanlı kimi çox xoşbəxtəm ki,bu yeni tarixin canlı şahidiyəm və  hər bir azərbaycanlı kimi ikiqat xoşbəxtəm ki, bu tarixi Sizin iştirakınızla ,Sizin əzminizlə ,Sizin qətiyyətinizlə yazırıq cənab Ali Baş Komandan! 

Hər bir azərbaycanlının ürəyindən keçənləri  böyük fəxarətlə deyirəm: Yaşa,var ol ,cənab Ali Baş Komandan ! Yaşa ,var ol müzəffər Azərbaycan Ordusu! Yaşa ,var ol mənim igid ,qəhrəman Azərbaycan xalqım ! 
İnanıram ki , yaşadığımız bu tarixi günlərdə müstəqil Azərbaycan Dövlətinin memarı,qurucusu ,Ulu Öndər Heydər Əliyevin və bu müqəddəs vətən yolunda şəhid olan ölməz qəhrəmanlarımızın ruhu şad olur. Onların ruhu qarşısında baş əyirəm !Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !

“Demokratik İnkişafın Təşviqi" İB sədri, 
 ehtiyatda olan zabit Çingiz Dadaşov                                





Oxşar xəbərlər