“WhatsApp” bu smartfonlarda işləməyəcək


  • 10:24 / 27 12 2020 |
  • Bölmə: Bilgi


“WhatsApp” 1 yanvar 2021-ci ildən etibarən köhnə smartfonlarda işləməyəcək. “Qafqazinfo” bildirir ki, bu barədə “Mirror” nəşri yazıb.
Mesencer əməliyyat sistemini iOS 9 və ya Android 4.0.3-ə qədər yeniləməyən istifadəçilərin cihazlarında çalışmayacaq. Bu, ilk növbədə iPhone 4 və daha əvvəlki modellərə aiddir.
“WhatsApp”ın iPhone 4S, iPhone 5, iPhone 5S, iPhone 5C, iPhone 6 və iPhone 6S-də yenidən işləməsi üçün isə proqram təminatını iOS 9-dək yeniləmək lazımdır. Bundan başqa, mühüm məlumatları itirməmək üçün yazışmaların nüsxəsini çıxarmaq məsləhətdir.
 




Oxşar xəbərlər