Xocalı soyqırımı -yarımçıq qalmış arzular


  • 21:26 / 26 02 2021 |
  • Bölmə: Bilgi



ADPU-nun nəzdində fəaliyyət göstərən Pedaqoji kollecdə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbir faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra faciənin tarixinə həsr olunmuş videçarx nümayiş etdirilib.  Çıxış edən tələbələr faciə ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.



Qeyd olunub ki, Xocalı faciəsinin eləcə də xalqımıza qarşı dəfələrlə törədilən soyqırımların ötən əsrin sonlarına qədər öz hüquqi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biridir. Sovetlər birliyinin süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai – siyasi  şəraitdə   dövlət  müstəqilliyini  yenicə   qazanan ölkəmizin üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması yeni tariximizə qara hərflərlə yazılıb.
Daha sonra tələbələr – Tamilla, Gülnar,  Şəhla o müdhiş gecəni xatırlayılblar: “Bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı soyqırımının törədilməsindən bizi 29 illik bir zaman məsafəsi ayırır. O gecədən ki, təpədən dırnağa qədər silahlanmış  erməni   quldur  dəstələri  Qarabagımızın Xankəndi bölgəsində yerləşən 366-cı rus alayı ilə birlikdə Xocalını   yandırıb  külünü  göyə   sovurdular.  Əliyalın  olan dinc sakinləri qəddarcasına qətlə yetirdilər. Girov götürdüklərini təhqir və həqarətlərə, zülm və işgəncələrə məruz  qoydular”.



Çıxış edənlər – Ülkər, Gülyaz, Əsli, Günəş torpaqlarımızın müdafiəsi ugrunda gedən müharibədə çox şəhidlər və qurbanlar verdiyini vurgulayıblar.  
Xocalı faciəsi qan yaddaşımıza əbədi yazıldığını dilə gətirən tələbələr faciəni belə qiymətləndiriblər: “Bu bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına,    millətinə,   vətəninə   sədaqətinin    nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi qüvvələrinin xocalılılara qarşı vəhşiliyidir. Faciənin törədilməsinin əsas səbəbi Xocalının erməni qaniçənlərinin yolu üstündə böyük maneə olması idi. Çünki, Xocalı Dağlıq Qarabağda həm magistral şosse yolunun, həm də dəmir yolunun üstündə yerləşirdi. Orada hava limanı da vardı. Buna görə də ermənilər hər vəchlə Xocalını ələ keçirməyə çalışırdılar”.

Tədbir zamanı 29 ildə unutmadığımız faciə dəhşətlərinə diqqət çəkilib. Bildirilib ki, bu faciə zamanı 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarət yetirilib, 1275 sakin – köməksiz qocalar, qadınlar girov götürülüb, ağlasığılmaz zülmə, təhqirlərə və həqarətə məruz qalıblar. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamiləqadınların qarınlarını yarmış, bəzilərini diri-diri torpağa basdırmış və yandırmışlar.

Tədbir də iştirak edən pedaqoji kollektiv də faciə ilə bağlı fikirlərini dilə gətirib. Sonda tədbirin təşkilatçısı kollecin müəllimi Kəmalə Qayıbovaya və 1906/07 qrup tələbələrinə  - Fidan, Nərmin, Aytən, Xatına minnətdarlıq ediblər.  
  
Dilşad




Oxşar xəbərlər