Feysbuk reklam qadağasını ləğv edəcək


  • 11:06 / 04 03 2021 |
  • Bölmə: Bilgi


Feysbuk 2020-ci ilin noyabrında elan etdiyi siyasi reklam qadağasını ləğv edəcəyini açıqlayıb.

“Rupor” xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

“Biz bu müvəqqəti qadağanı seçki sonrasında manipulyasiya və ya sui-istifadə hallarına yol verməmək üçün 2020-ci ilin noyabrında tətbiq etmişdik”,- deyə şirkətin açıqlamasında qeyd olunub.

Qadağa ilk dəfə Corciya ştatında Senat seçkilərinin ikinci turu öncəsi qismən aradan qaldırılıb. Konqres və Senatdakı demokratların yayımladığı bəyanatdan sonra isə qadağanın tam götürülməsinə qərar verilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ilə əlaqədar bənzər bir qadağa tətbiq edən quql qadağanı ötən həftə ləğv edib.




Oxşar xəbərlər