Marsda ilk helikopter uçuşu sınaqdan keçiriləcək


  • 09:12 / 24 03 2021 |
  • Bölmə: Bilgi


ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) mütəxəssisləri “Ingenuity” helikopterinin aprelin əvvəlində Marsda ilk sınaqlarını keçirmək niyyətindədirlər. 

"Rupor" APA-ya istinadən xəbər verir ki, bu barədə NASA-da keçirilən mətbuat konfransında bildirilib. 

Baş tərtibatçısı Bob Balaram uçuşun 8 apreldən tez olmayacağını deyib. 

NASA-nın Planetlər şöbəsinin rəhbəri Lour Gleyzin qeyd edib ki, təxminən 1.8 kq ağırlığında olan bu helikopter başqa planetdə uçacaq ilkdir. Şəraitə uyğun tələb olunan bütün təchizatların nəzərə alındığını deyən L.Gleyzə görə, helikopter “Qırmızı Planet”in səthinin kosmosdan müşahidə edilməsi çətin olan bəzi sahələri haqqında məlumat toplamağa imkan verəcək. 

Uçuşa məsul daha bir mütəxəssis Hovard Qrip yeni uçağın Marsın səthində əvvəlcə 3 metr yüksəkliyə qalxacağını təxmin edib. 




Oxşar xəbərlər