Asteroid yerlə toqquşacaq? - NASA-dan açıqlama


  • 10:10 / 27 03 2021 |
  • Bölmə: Bilgi


ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsi (NASA) “Apofis” asteroidinin hansısa bir anda Yer planetinə zərbə endirəcəyi barədə məlumatlara aydınlıq gətirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

NASA-dan bildirilib ki, bununla bağlı hər hansı təhlükə mövcud deyil.

Qeyd edək ki, “Apofis”in Yer planeti üçün potensial təhlükəli asteroid olduğu bildirilib. Lakin NASA-da qeyd ediblər ki, asteroid 2029 və ya 2036 ildə Yer kürəsi ilə toqquşmayacaq.

Mütəxəssislər daha sonra əlavə ediblər ki, toqquşmalar 2068-ci ildə də olmayacaq.

Son günlər Yer kürəsi yaxınlığından müxtəlif ölçülü asteroidlər uçub. Sonuncu dəfə martın 23-də Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib.

“2001 FO32” adı verilən asteroid bu il üçün gözlənilən ən nəhəng meteorit kimi qiymətləndirilib.




Oxşar xəbərlər