12 aprel 1961-ci ildən kosmosda həyat axtaranlara - İnsanlıq tənhadır


  • 00:03 / 13 04 2021 |
  • Bölmə: Bilgi


12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq insan kosmik orbitə çıxıb.


1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib. Ötən 60 il ərzində dəfələrlə doğma məkanı olan Yer kürəsini Kocmosdan seyr edib, Kainatda həyat axtarıb. 

Hələ də axtarır. Dərk etmir ki, özünün yaşadığı məkanda sülh və əmin-amanlıq bərqərar etmək əvəzinə qanlı savaşlara rəvac verən, mərhəmət hissinə sahib çıxmaq əvəzinə durmadan silahlanan, bilərəkdən təbiət qanunlarının əksinə çıxan, qəzəb və nifrət hissi sevinc və sevgi hissini üstələyən, özü kimilərinin həyatına qənim kəsilən “şüurlu” varlığın sonsuz Kainatda həyat axtarmağa haqqı yoxdur. 

Doğma evimiz olan Yer kürəsi hələ də Kainatda həyat mövcud olan yeganə məkandır. İnsanlıq tənhadır. Bu tənhalığı dərk etmək üçün təfəkkürümüzü dəyişməliyik. 

Nə etməliyik? 

Bəlkə bu gün insanlığın düçar olduğu ümumbəşəri bəladan qurtulmaqla bu suala cavab tapmaq mümkün ola...

Oktay Səmədov
Pedaqogika üzrə fəlsəfə doktoru







Oxşar xəbərlər