“WhatsApp”-dan daha bir yenilik


  • 17:24 / 13 09 2021 |
  • Bölmə: Bilgi


Dünyanın aparıcı ismarıc mübadiləsi xidməti - “WhatsApp” “iPhone” istifadəçilərinə səsli ismarıcları mətnə çevirmək imkanı verəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yeni funksiya hələlik işlənmə mərhələsindədir və yaxın vaxtlardakı yenilənmədə beta-testçilər üçünəlçatan olacaq.

Onu aktivləşdirmək üçün istifadəçi tətbiqə xüsusi icazə verməli olacaq. Mətn onlayn rejimdə deşifrə ediləcək və avtomatik olaraq messencerin şifrələnmiş məlumatlar bazasında yaddaşa düşəcək. Əgər səsli mesaj çox uzundursa istifadəçi mətnə çevirmək istədiyi hissəni özü seçə biləcək.




Oxşar xəbərlər