Nizami metro stansiyası “New York Times”da


  • 11:48 / 04 11 2021 |
  • Bölmə: Bilgi


Amerikanın məşhur “New York Times” qəzeti öz instaqram hesabında Bakı metropoliteninin Nizami stansiyasının fotosunu paylaşıb.

“Rupor” xəbər verir ki, fotonun müəllifi fotoqraf Frenk Herfortdur.

Alman əsilli fotoqraf 2014-cü ildən 2020-ci ilə qədər keçmiş Sovet İttifaqının 19 şəhərində sovet dövründə inşa edilmiş 770-dən çox metro stansiyanı ziyarət edib.

O, əsas olaraq Azərbaycan, Ukrayna, Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Ermənistanda metro stansiyalarının fotolarını çəkib.

Fotoqrafın sözlərinə görə, onun məqsədi metropolitenlərin fotolarının arxivini yaratmaq olub. 

“New York Times” Nizami metro stansiyası ilə yanaşı, digər ölkələrin stansiyalarında da çəkilmiş fotolardan nümunələr paylaşıb.







Oxşar xəbərlər