Dəmir canavarlar: Tarixin qorxulu yuxusu


  • 19:00 / 22 11 2021 |
  • Bölmə: Bilgi


Siyasi mövzuda edilən mübahisələr böyük müharibələrə səbəb olur. Dövr dəyişdikcə müharibələrin həcmi də böyüyür, yeni silahlar istehsal olunmağa başlayır.

İlk vaxtlar daşlar, orta dövrdə qılınc və nizələr, yeni dövrdə “Dəmir canavarlar” istifadə olunurdusa, ən müasir dövrdə isə iri həcmli roketlərin istehsalı günü-gündən artır. 
Bəs yeni dövrdə ortaya çıxan və hələ də geniş istifadə edilən “Dəmir canavarlar” nədir? Kim tərəfindən yaradılıb və ilk dəfə harada tətbiq olunub? 




Tank əsas vəzifəsi birbaşa atəş gücü istifadəsiylə düşmən qüvvətlərinə hücum olan, palitralı və zirehli döyüş vasitəsidir. Tankı digər döyüş vasitələrindən ayıran xüsusiyyətləri ağır bir zirehə, yüksək atəş gücünə və hər cür ərazidə sürətli gedəcək şəkildə hazırlanmış yürüş komandalarına sahib olmasıdır. Hər nə qədər bahalı və məntiqi baxımdan səy tələb edən vasitələr olsa da, yer hədəflərinə hücum qabiliyyəti və piyadaları əhvalını çökdürməsi səbəbiylə müasir orduların imtina edilməz ünsürlərindəndir.

İlk tank Böyük Britaniyada Birinci dünya müharibəsində yaranıb. İlk tanklar avtomobil motorları ilə təchiz edilirdi. Onun adı Mari 1 olub. Bu tank 8 km/saat sürətlə hərəkət edib. Hər kilometrə 5 litr yanacaq işlədib, çəkisi 3 ton olub. 4 lüləsi olub. Beləliklə, hər tərəfə atəş açan tank çox gücə malik olub. 



Lakin bu tankı asanlıqla dağıtmaq olardı. Əvvəlcə bir neçə qumbara atmaqla onun sepini sıradan çıxardır. Sonra isə onun içinə qumbara atırdılar. Beləcə tank sıradan çıxırdı.
Buna görə də Britaniya bu tankdan cəmi 50 ədəd istehsal edib. Britaniyanın bir çox yerlərində onun şərəfinə qoyulmuş abidələr hələ də qalır.


Təbii ki, müharibənin əsas ünsürlərindən  biri olan tankın günü-gündən təkmilləşdirilməsi ona olan təlabatın artmasına gətirib çıxarır. Buna görə də, tanklar “Dəmir canavarlar” olaraq tarix səhnəsində silinməz izlər qoyur. 

Toğrul Quliyev



Oxşar xəbərlər