
Miniatür sənəti Şərq xalqlarının çoxəsirlik incəsənət tarixinin ən maraqli səhifələrindən biridir.Orta əsirlərdə Azərbaycan rəssamlarının və xalq sənətkarlarının yaradıcılıq təxəyyülünün zənginliyi,mədəniyyətmizin qədimiliyini, coxcəhətliliyini, özünəməxsusluğunu sübut edən çoxsayli memarlıq təsviri və dekorativ sənət əsərləri yaratmıslar və onların çoxu dünya incəsənətinin (mədəniyyətinin) qızıl fonduna daxil olmuşdur. Azərbaycan xalqının dünya bədii mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən zəngin sənət inciləri onun sənətkarlarının miniatür sənətində yaratdığı əsərlərdir. Orta əsr Azərbaycan rəssamları və xalq sənətkarları bədii mədəniyyətimizin qədimliyini, çoxcəhətliliyini və özünəməxsusluğunu sübut edən yüzlərlə təsvir və dekorativ sənət əsəri yaradıb. Bu əsərlər içində Azərbaycan miniatür sənətində musiqi alətlərinin təsvirləri önəmli yer almişdir.Qədim Şərq ölkələrində inkişaf etmiş təsviri sənət də miniatür əsərlərinin xüsusi yeri vardır. Bu sənət növü hələ qədim zamanlardan şərqdə təşəkkülünü tapışdır. XVI əsrdən etibarən miniatür sənəti daha çox dünyəvi sujetlərə əsaslanaraq şərqin bir çox ölkələrində,o cümlədən Azərbaycanda inkişaf etmişdir.
Şərq miniatürlərində ilk baxımdan sadə görünən kompozisiyalarda kef məclisi səhnələrində ifa edilən musiqi alətləri nümayiş edilirdi. Əsrlər boyu miniatür əsərləri nəinki alim və rəssamların, eləcədə çoxlu sənətsevərlərin diqqətini cəlb etmişdir. Şərq miniatürlərinin tədqiqinə, yaxın zamanlardan, əsrin əvvəllərindən başlanmasına baxmayaraq, hazırda dünya sənətşünaslığı elmində çox böyük material toplanmışdır.
Şərq islam mədəniyyətindəhərəmxanalarda, qəsrlərdə, saraylarda hər zaman musiqi olub vəyüksək səviyyədəfəaliyyət göstəriblər.O zamanlar musiqi alətlərində əsasən qadınlarifa edirdilər. Bəni Umeyra vəAbbasilər zamanında böyük xəlifəvə hökmdarların saray və hərəmxanalarında onların xanım və kənizləri öz məharətlərini aşıq ifaçısı, yaxud rəqqasə kimi göstərirdilər.
Türkiyədə dövlətçilik inkişaf etdikcə, gözəl səsləri ilə müxtəlif musiqi alətlərində məharətlə ifa edən qız və qadınları, kənizləri qul kimi alıb satırdılar. Ağıllı və istedadlı kənizlərin qiyməyti yüksək olurdu. Sultanın sarayında bir qisim kənizlər tamburda, qanunda, rud və ud alətlərində ifa edir və daha yaxşı səsə malik olduqları üçün seçilərək mükafatlandırılırdı. Çünki, onlar sultanları, əyanları əyləndirir, onlara nəşə verirdilər.


VII-VIII əsrlərdə artıq ərəb ölkələrinin demək olar ki, əksəriyyəti islam dinini qəbul etmişdi. Abbasilər sülaləsini xəlifəsi, bağdadlı Harun Ər Rəşid bir əfsanə və nağıllar dünyasının personajı kimi göz önünə gəlir. Lakin bu əfsanəvi şəxsiyyət həqiqətən də tarixdə vardır. Dövrünün Bəhlul – Danəndəsi kimi çox ağıllı və hazırcavab, lakin sərsəri bir həyat tərzi keçirən şəxslə mütamadi görüşər, onu sarayına dəvət edərək , maraqlı söhbətlərini dinlərmiş. Eləcə də, Harun Ər Rəşidin hər gecə bir gözəl qızla eyş-işrət məclisləri qurması da tarixdə yazılı mənbələrdə özünü göstərir. Təsadüfi deyildir ki, “1001 gecə nağılları”nda qədim şərq dünyasında, ərəb xəlifəsi Harun - ər-Rəşidin sarayında hərəmxana kənizlərinin gözəlliyinin, istedadının, rəqs etmə qabiliyyətinin necə gözəl təsviri vardır.
Ən maraqlı musiqi isə böyük Şərq şəhərlərində qəhvəxanalarda çalınardı. Şəhər əhalisi qəhvəxanalarda əylənərdilər. Lakin, buraya təkcə kişilər gələrdilər.Onlar belə əyləncə yerlərinə gələrək, qəlyan çəkir, qara qəhvə içir, uzun müddət söhbət edərək, istirahət edirdilər. Belə ki, ən əsası onlar şərq musiqisini dinləməyə gəlirdilər.
O zamanın rəsm əsərinin birində, birinin rubabda, o birisinin isə kamançada ifa etdiyi, onların oturduqları yer isə qədim Qahirəşəhərinin qəhvəxanalarından biri oldugu təsvir edilir. Hər iki musiqiçi kişidir. Təsvirdən görünür ki, musiqiçilər xalq musiqisi ifa edirlər.Çünki, musiqiçilərin əllərində xalq musiqi alətləri təsvir olunur. Avropa rəssamı De-la Bord bəzi Şərq musiqiçilərini bəyaz tabloya köçürmüş və sənət əsəri kimi cəmiyyətin ixtiyarına vermişdir.
Müsəlman ölkələrini səyahət edən köçərilər vasitəsilə yayılan bu şərqilər, rəqslər, nağıl rəqsləri, mahnılar, və s. osmanlı türkləri tərəfindən qum səhralarında karvanları təqib edən bədəvi ərəblərə ifa etdirilirdi. Əfsuzlar olsun ki, o zamanların nə not yazısı, nə də yazılı işarələrlə əsərlərin forması bizə gəlib çatmamışdır. Lakin, sonralar miniatür əsrlərində və eləcə də musiqi not yazılarında coxlu sayda əsərlər yarandı.
625-ci ilin mart ayında “Uhud” döyüsündə Məhəmməd peyğəmbərin mücahidləri arasında olan qadınlar Hind şairəsinin yaşdığı bir mahnını oxuyaraq, təbil, şeypur cala – çala öz düşmənlərini üç dəfə aldadaraq, geri atdılar və nəhayət qalib gəldilər. Məhəmməddən sonra xilafətə keçən xəlifə Ömər o vaxta qədər xalqı ibadətə toplamaq üçün yəhudilər tərəfindən işlənilən tütək, zəng, və digər metal musiqi səsli alətləri aradan götürərək, əvəzində azanı, azan səslənməsini (müəzzim) qərar verdi. Bu yenilik onu göstərir ki, ərəblər insanın gözəl səsinin verdiyi təsiri, həzzi qalan bütün səslərdən üstün və qiymətli hesab edirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, bütün dünyada mədəniyyət şərq ölkələrindən gəldiyinə görə,nəfəslivə simli musiqi alətləri də məhz ilk dəfə şərqdə yaranmışdı.Qərb hər zaman şərqə istinad etmiş, şərqin adət-ənənələrini heyranlıqla qəbul etmiş vəahəngdar musiqisini bəzən çılpaqlığı ilə, bəzən də sintez şəklində öz yaradıcılıqlarında dönə - dönə verilmişdir.
Orta əsrlərdə Azərbaycanda geniş istifadə olunan qədim musiqi alətləri Azərbaycan müniatür sənətində geniş yer tutur. Onlardan biri “rübab”dır( qədim mənşəli Şərq musiqi alətidir). Nizamininin, Nəsiminin, Fizulinin, S.Ə.Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. Orta Asiya xalqları arasında müxtəlif növləri “kaşqar rübabı”, “tacik rübabı” adları ilə çox məşhurdur. Nizami Gəncəvi incə və zərif rübabı nəğməkar quşların cəhcəhi iləmüqayisə edir. Şirvan musiqi məclislərinin bəzəyi olmuş rübab Xaqani Şirvanının əsərində belə tərənnüm edilir:
Mey eşqinə düşmüş rübab, qolunda çox vardır tənab
Çəkmiş bu yolda çox əzab, quru qamış tək çox sanar
XVII əsrdə çəng ilə rübabın birlikdə səslənməsini Qiyami Mütərzim belə təsvir edir:
Gözlərində oynar gözəl və şərab,
Qulağında çalır çəng ilə rübab.
XVIII əsrdən başlayaraq, rübab Azərbaycanda tədricən unudulmuş, dövrümüzə qədər gəlib çatmamışdır. Musiqi mədəniyyəti tarixindəəhəmiyyətli rol oynamış rübab yenidən bərpa edilərək səsləndirilir.
Yuxarıda deyilən şeirdə çəng musiqi alətinin adı çəkilkir. Bu alət də çox qədim alətdir. Quruluşu etibarı ilə arfa tipli simli – yaylı musiqi alətidir. İlk çəng musiqi aləti Anadoluda, Mesopotаmiyada və Misirdə tapılmışdır.
Çəng musiqi alətini “Müqəddəs mələk” adlandırırlar. Cəngdən Azərbaycanda XVI əsrin II yarısına kimi istifadə olunmuşdur. Onun üzünə ceyran və balıq dərisi çəkilir, simləri ipək və ya bağırsaqdan hazırlanırdı. Bu musiqi aləti barədə yazılı mənbələr dəvə miniatür sənət əsərlərində geniş məlumat vardır.
Məhsəti isə çəng alətini belə təsvir edir:
Sazın ipək telli xoş avaz almış,
Çəngin qulağına halqalar salmış,
Zil pərdədən qalxan nəğmələr gözəl,
Çəngin ətəyində nazlanır qəzəl
XVII əsrdə çəng ilə rübabın birlikdə səslənməsini Qiyami Mütərzim belə təsvir edir:
Gözlərində oynar gözəl və şərab,
Qulağında çalır çəng ilə rübab.
Dahi Nizami Gəncəvi “ Yeddi gözəl” poemasında çəng alətini belə təsvir edir:
Çəng alıb əlinə o dilbər pəri,
Söylədi çəkdiyi əziyyətləri.
Yayıldı çəng səsi ,düşdü hər yanə,
Nalə aşiqləri etdi divanə.
Bu musiqi alətindən başqa, daha bir alət bərbət mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər sırasına aid edilən bərbədin gövdəsi böyük, qolu isə uzundur. Bərbət qədim ud kimi köklənir. Bu alətin ərəb aləti olduğunu bilirik. Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığında ətraflı məlumat verilib. “Bərbət”sözünün “ördək döşü” mənası verdiyi güman edilir. Bəzi mənbələrdə isə onun ərəb sözü olub, “ləpələnmə”, “dalğalanma” mənası verdiyi qeyd olunur. Nizami yaradıcılığından belə məlum olur ki, bu alətin yaradıcısı o dövrün məşhur musiqiçisi Barbəd olmuşdur. N.Gəncəvi “Xosrov və Şirin” poemasında saray musiqisi Barbədi belə tərif edir:
Şərxoş bülbül kimi gələndə Bərbəd,
Su kimi axırdı əlində bərbət .
Çala bildiyi yüz xoş nəğmədən
Seçdi otuzunu özü bəyənən.
Bu otuz nəğmə ki, Bərbəd çalırdı,
Gah ürək verirdi, gah can alırdı.

XIX əsrdə Mirzə Qədim İrəvaninin trafaret işlərinin birində (Azərbaycan İncəsənət Muzeyi DK 3018 Q 1338/2a) kamançada çalan kişi və rəqqasəyə, əlləriylə çırtma vuraraq müşayiət edən qadın təsvir olunub.
Şəkildə onun barmaqlarının quruluşu, kamanı ovcunun içində tutması, kamança çalanın əllərinin vəziyyəti ilə uyğundur. Kamançanın kamanındakı tüklər (simlər) sərbəst, dartılmamış olduğundan, kamanı birinci və ikinci barmaqlarla tutmaqla sağ əlin üçüncü və dördüncü barmaqları tüklərin dartılmasını tənzimləyir.
Gördüyümüz kimi, hələ neçə əsrlər bundan öncə müxtəlif sənətkarlar,miniatür rəssamları, musiqimizin, sənət adamlarımızın unudulmaması üçün öz zəhmətlərini əsirgəməmişlər. Bu gün də bu ənənə davam etməkdədir.
AMEA-nın Memarlıq və İncəsənət institunun
“Qafqaz Albaniyası incəsənəti və memarlığı” şöbəsinin
aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent Sehranə Kasimi
AMEA-nın Memarlıq və İncəsənət institunun
“Memarlıq tarixi və nəzəriyyəsi” şöbəsinin elmi işçisi
Leyla Ağayeva
