
NASA Yer kürəsinə iki asteroidin yaxınlaşması ilə bağlı məlumat yayıb.
"Rupor" xarici mediaya istinadən xəbr verir ki, səma cisimlərindən biri - asteroid 2013 YD48 Britaniyanın Vestminster sarayının saat qülləsi Biq-Ben ölçüsündədir, ikinci asteroid 7482 YD48 ABŞ-ın Nyu-York şəhərindəki 102 mərtəbəli göydələn Empayr-state-bildinqdən iki dəfə böyükdür.
Birinci asteroidinin eni təqribən 104 metrdir və yanvarın 11-də planetimizdən 5,6 milyon kilometr məsafədə keçəcək. İkinci asteroid yanvarın 18-də Yerlə 0,013 astronomik vahid məsafədə olacaq.
