Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı


  • 17:38 / 18 01 2022 |
  • Bölmə: Bilgi


“Ötən il ölkəyə giriş edən əcnəbilərin sayı 791 min 983 nəfər olub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalma deməkdir”.

“Rupor” xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Keçən il 2020-ci illə müqayisədə olduğu yer üzrə qeydiyyatda 14,6 faiz, ölkədə müvəqqəti yaşamalarda 19,8 faiz, daimi yaşayanlarda 43,6 faiz, iş icazəsi alanlarda 43,2 faiz artım müşahidə olunub”, - deyə o əlavə edib.

Ötən il 420 şəxsin readmissiya edildiyini söyləyən Xidmət rəisi hazırda Azərbaycanda olan və yaşayan əcnəbilərin sayının 129 min 590 nəfər olduğunu vurğulayıb.




Oxşar xəbərlər