Tramp yeni sosial mediasını istifadəyə verdi


  • 14:47 / 21 02 2022 |
  • Bölmə: Bilgi


Tramp özünün yeni sosial media platforması olan “Truth Social”ı istifadəyə verir.

"Rupor" xəbər verir ki, sosial şəbəkənin Prezidentlər Günü kimi qeyd olunan tarixdə, yəni bu gün 21 fevralda istifadəyə veriləcəyi açıqlanıb.

Qeyd edək ki, “Truth Social” dekabrın əvvəlində yalnız dəvət olunmuş qonaqlar üçün açıq idi. Daha sonradan 500-ə yaxın istifadəçi şəbəkəyə giriş əldə edib.

Trump Media və Texnologiya Qrupunun (TMTG) baş direktoru Devin Nunes “Fox News”a müsahibəsində təcrübə haqqında daha çox məlumat verib.

O bildirib ki, şəbəkə bu həftə “Apple App Store”da da istifadəyə veriləcək:

“Mart ayının sonunda isə ABŞ-da tam şəkildə fəaliyyət göstərəcəyik".




Oxşar xəbərlər