Səfir Ukrayna bayrağını binaya asdı - Video


  • 18:06 / 25 02 2022 |
  • Bölmə: Bilgi


Böyük Britaniyanın Bakıdakı səfirliyində Ukraynaya dəstək olaraq bu ölkənin bayrağı qaldırılıb.

"Rupor" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ukrayna bayrağını Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp şəxsən qaldırıb.
Mərasim zamanı Ukrayna himni də səsləndirilib.

“Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ukraynalı dostlarımızla həmrəylik nümayiş etdirərək Ukrayna bayrağını dalğalandırır”, - deyə səfirliyin yaydığı məlumatda bildirilib.






Oxşar xəbərlər