Məkkədə 50 dərəcə istidə məscidin döşəməsi necə soyuq qala bilir? - İzah


  • 08:13 / 09 08 2022 |
  • Bölmə: Bilgi


Məkkə şəhərindəki (tam adı Məkkə Əl-Mükərrimə) “Məscidül-Həram” məscidini ziyarət edənlər istiliyi bəzən 50 dərəcədən yüksək olan Günəş şüaları altında məscid döşəməsinin soyuqluğuna heyran qalırlar. 

Bu sirrin izahı çox sadədir...

Məscidə döşəmək üçün Səudiyyə Ərəbistanı Krallığının Yunanıstanın şimalında, Egey dənizində yerləşən Tassos adasından idxal etdiyi mərmərin dünyada hasil olunan heç bir qranit və ya mərmər növünün malik olmadığı qeyri-adi xüsusiyyəti var: gecələr havadakı rütubəti xırda məsamələri ilə “canına çəkən” bu dümağ rəngli təbii daş gündüzlər onu tədricən ifraz edərək daim nəm qalır və təbii sərinlik yaradır. 
Ümumi sahəsi 380 kvadratmetr olan bu kiçik adadan idxal edilən  “Tassos” mərməri tamamilə kristal teksturaya, incə dənəli sıx quruluşu ilə işığı və istiliyi əks etdirmək qabiliyyətinə və təbii ağ daşlar arasında ən yüksək reytinqə malikdir. Qalınlığı 5 santimetrə çatan mərmər istənilən işıqda minlərlə kiçik kristallarla parlayır.

İpsario dağının ətəklərindən çıxarılan mərmər Səudiyyə zavodlarında yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında xüsusi texnologiya ilə emal olunur və Məkkəyə çatdırılaraq zərgər dəqiqliyi ilə məscidin ərazisinə döşənir.

Tassos mərmərinin unikal xüsusiyyətləri zəvvarlara məscidi qızmar Günəş altında ayaqyalın ziyarət etmək və rahatlıqla ibadət etmək imkanı verir.

Oktay Səmədov




Oxşar xəbərlər