Qazinin intiharı ilə bağlı araşdırma aparılır


  • 12:51 / 23 02 2021 |
  • Bölmə: Bölgə


Daşkəsən rayonunda Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Fərman Həsənovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

"Rupor" xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, hazırda Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə Daşkəsənin Pirverdilər kəndində baş verib. Kənd sakini, F.Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.

Xatırladaq ki, əsgər F.Həsənov Vətən Müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.




Oxşar xəbərlər