Qarabağ regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək


  • 10:45 / 01 04 2021 |
  • Bölmə: Bölgə


30 ilə yaxın idiki Azərbaycan torpaqlarının 20%-i mənfur qonşularımız olan ermənilər tərəfindən zəbt edilmiş, 1 milyondan çox qaçqın və köçkün öz doğma ocaqlarından didərgin salınmışdır. Bu problemin sülh yolu ilə həll edilməsi üçün Azərbaycan illərdir danışıqlar aparırdı. Ancaq Erməni tərəfinin qeyri-konstruktiv yanaşması, vaxt uzatmaq siyasəti üzündən bu danışıqlar bir nəticə verməmişdir.

Sentyabr ayının 27-si Ermənistan tərəfinin hücumuna cavab olaraq Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdi və nəticədə düşmənin 30 ilə  yaxın işğalı altında olan torpaqlarımız şəhidlərimizin canı-qanı bahasına öz sahibinə geri qayıtdı.

Düşmən işğalından azad edilmiş torpaqlarımızda isə mənzərə heç də ürək açan deyil. On illər ərzində qudurmuş erməni vandalları kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin bütün infrastrukturlarını, dini və tarixi abidələrini yerlə bir etmiş, qəbrləri dağıtmışlar. Onlar məscidlərimizdə donuz saxlamaqla, hər yeri viran qoymaqla öz xislətlərini nümayiş etdirdilər. Həmin ərazilərə bir neçə dəfə xarici ölkə nümayiəndələri aparılıb və dəymiş ziyanlar hesablanmışdır. Torpaqlarımızda törətdikləri vəhşiliklərinə görə təcavüzkarlar beynəlxalq məhkəmələrdə cavab verəcəklər.

44 günlük Vətən Müharibəsindən sonra ərazilərin minalardan təmizlənməsi və tez bir zamanda bərpa-quruculuq işlərinə başlanması bu gün dövlətin qarşısında duran ən əsas vəzifələrdəndir.Ərazilərin bərpa olunması üçün ilkin olaraq dövlət tərəfindən 2,2 milyard manat investisiya ayrılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevral ayının 26-da xarici və yerli Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə baş tutmuş mətbuat konfransında cavablandırdığı suallar və verdiyi təhlillər yenə dünya ictimaiyyətinin və mətbuatının gündəminə çevrildi. Və bu iş əvvəldən də cənab Prezidentin qeyd etdiyi kimi planlı şəkildə həyata keçirilir.

İlk növbədə işğaldan azad olunmuş bölgələrdə yol infrastrukturunun bərpası və yeni yolların çəkilməsi işləri gedir. Füzuli rayonunda Ölkə başçısı tərəfindən
təməli qoyulan yeni aeroportun tikintisi sürətlə gedir və bununla yanaşı daha iki hava limanının inşası nəzərdə tutulur. Paralel olaraq Şuşa şəhərinə iki avtomobil yolu salınır, hansı ki, birinin adını cənab Prezident “Qələbə yolu” adlandırmışdır.

Mətbuat konfransında cənab Prezident bildirmişdir ki, şəhərlərin baş planları
tərtib edilməlidir. Çünki bu ərazilərdə artıq əhali sayı çoxalıb.Ondan sonra bu ərazilərdə binalar, məktəblər, xəstəxanalar inşa edilməlidir.

Azərbaycanın iqtisadi və maliyyə qüdrəti bunun üçün yetərlidir. Tək tələb olunan zamandır.

Artıq bütün güclər Qarabağın inkişafı üçün səfərbər edilib. Cənab Prezident İlham Əliyevin yürütdüyü  məqsədyönlü siyasətin nəticəsidir ki, artıq bərpa-quruculuq işlərinə dost ölkələr də cəlb edilib. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların,körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. Görüləcək infrastruktu rlayihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açılacaq və yeni iqtisadi imkanlar yaranacaq. Bu cür layihələr ümumən regionun geosiyasi statusunu dəyişdirəcək.

Böyük Qələbənin bir müsbət tərəfi də o oldu ki, Azərbaycan daha cəlbedici
investisiya ölkəsinə çevrildi.İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə
sərmayə qoyacaqlar. Artıq üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu,
minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bölgələrdə elektrik enerjisi ilə bağlı
layihələr bu ilin sonuna qədər icra edilməsi nəzərdə tutulub.

Qarabağ vətənimizin ən gözəl regionlarından biri, dilbər guşəsidir. Qarabağın böyük turizim potensialına malik olması hər kəsə məlumdur. Yenidənqurma və bərpa işləri aparıldıqdan sonra bu istiqamətdə də işlərin görülməsi dövlətimizin başlıca məqsədlərindən biridir.Yaxın gələcəkdə bu  rayonların ərazisində ekoturizm, alpinizm, yaşıl  turizm , arxeoloji, müalicəvi turizm sahələri inkişaf etdiriləcək.

Bütün bunlar əlbəttə, tez bir zamanda Qarabağın yenidən Azərbaycanımızın dilbər guşəsinə çevrilməsini və insanlarımızın şad və firavan yaşamasını təmin edəcəkdir.
 
Fidan İsmayılova
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi 



Oxşar xəbərlər