Südlük inəklərin sığortalanma qaydası açıqlandı


  • 10:59 / 12 07 2021 |
  • Bölmə: Bölgə
 

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fermerlər südlük inəkləri sığortalaya bilərlər. 
 
Bununla bağlı "Rupor"a  Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, qanunvericiliyə əsasən inəklər 2 sığorta zərfi vasitəsilə sığortalana bilər. Əsas riskləri əhatə edən 1-ci sığorta zərfi üzrə sığor tatarifi 6,1%,genişləndirilmiş riskləri əhatə edən 2-ci sığorta zərfi üzrə sığorta tarifi 9,5% təşkil edir. 
 
Sığorta ödənişləri inəklərin ölümü və məcburi kəsimə verilməsi hallarında edilir. 
 
Fermerlər hesablanmış sığorta haqqının yalnız yarısını ödəyirlər. Sığorta haqqınının qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir. 
 
Müxtəlif qiymətə olan inəklərin sığortalanması üçün fermerin ödədiyi məbləğ aşağıdakı kimidir: 

I sığorta zərfi            II sığorta zərfi 
 
Qiyməti 1 000 manat olan inəyin sığortahaqqı – 31 manat 47 manat
Qiyməti 1 500 manat olan inəyin sığortahaqqı – 46 manat 71 manat
Qiyməti 2 000 manat olan inəyin sığortahaqqı- 61 manat 95 manat
Qiyməti 2 500 manat olan inəyin sığortahaqqı – 76 manat 119 manat
Qiyməti 3 000 manat olan inəyin sığortahaqqı – 91 manat 142 manat
Qiyməti 4 000 manat olan inəyin sığortahaqqı – 122 manat 190 manat
Qiyməti 5 000 manat olan  inəyin sığortahaqqı – 153 manat 237 manat
Qiyməti 6 000 manat olan inəyin sığortahaqqı – 183 manat 285 manat
 
Fermerlər və işadamları kənd təsərrüfatı heyvanları üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” https://asf.gov.az/insurance-calculators/livestock-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.
 
Qeyd edək ki, artıq südlük inəklərin sığortalanması üzrə ilk sığorta ödənişi həyata keçirilib. Yaxın vaxtlarda bu sığopta növü üzrə növbəti ödənişlə rhəyata keçiriləcək. 
 



Oxşar xəbərlər